Laçın Azərbaycann dilbər guşələrindən biridir, tarix boyu da strateji
mövqeyinə görə böyük əhəmiyyət daşıyıb. Füsünkarlığı, bənzərsiz təbiəti ilə
yanaşı insanlarının mərdliyi, saflığı ilə də seçilən bölgələrdən olub. Laçının təbii
ehtiyatları, turizm üçün bütün imkanlara malik olması isə daha çox diqqəti çəkir.
Bu gün Laçınının başdan-başa yenidən qurulması, özü də dünya standartlarına
uyğun yenilənməsi tarixi dəyərləri saxlamaqla gələcəyə bir baxış təsirindən də yan
keçmir. Bunlar işğaldan azad edilən ərazilərin hamısında belədir. Amma Laçın
tamam başqa bir formada tikilir. Hətta Avropanın ən inkişaf edən dağ turizm
bölgələri ilə müqayisə edilə bilər.
26 avqust Laçın şəhəri günü olmaqla yanaşı, həm də diplomatiyamızın qələbə
günüdür. Çünki Laçın məhz Prezident İlham Əliyevin həyata keçirdiyi
Azərbaycan diplomatiyasının peşəkarlığı sayəsində - bir güllə belə atılmadan azad
olunub. Prezident İlham Əliyev bununla sübut edib ki, Azərbaycan hərbi
müstəvidə olduğu kimi, diplomatik müstəvidə də kifayət qədər güclüdür və
Ermənistanın bu gücə qarşı dirəniş göstərməsi, müqavimət sərgiləməsi mümkün
deyil. Bu baxımdan, 26 avqust tarixini Laçın şəhəri günü ilə yanaşı, həm də
diplomatiyamızın qələbə günü kimi də xarakterizə etmək mümkündür. Şübhəsiz,
diplomatiyamızın əldə etdiyi bu zəfərin arxasında güclü Azərbaycan Ordusu
faktorunun dayandığı birmənalıdır və bu gerçək gücə söykənən diplomatiyanın nə
qədər effektiv olduğuna ən böyük isbatıdır.
İllər, əsrlər keçəcək, gələcək nəsillər 26 avqust tarixini yada salarkən
ordumuzla yanaşı, həm də diplomatiyamızın qələbəsini ehtiramla xatırlayacaq,
əsgərlərimizlə yanaşı, diplomatiyamızın uğurlarından da qürur duyacaqlar.
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir. 44 günlük Vətən müharibəsindən
sonra çox böyük sürətlə quruculuq işlərinin aparılması və böyük maliyyə resurları
bir daha sübut etdi ki, Azərbaycanın iqtisadi siyasəti də ağıllı və düzgün aparılıb.
Heç bir dövlətdən yardım almadan nəhəng işlərin həyata keçirilməsi əslində hər bir
insanın qürurudur, sevinci, fəxridir.
Laçın tamam başqa bir formada qurulur. Laçın adına, əzəmətinə, tarixi
dəyərlərinə, milli ənənələrinə daha aydın baxış bucağında qurulur. Ərazi
bütövlüyümüz bu rayonun azad olması ilə başladı. Bu rayon həm də bir qala kimi
də dəyərlidir. O üzdən də hər iş burda dəfələrlə müzakirə edildikdən sonra icra
edilir. Laçın indi müqayisə edilməyəcək dərəcədə gözəldir. Gözəllik isə davam
edir. Kəndlər yenilənir, yollar çəkilir, infrastruktur müasir standartlara uyğun
qurulur. Hava limanının tikintisi isə dünya ilə əlaqə deməkdir və birbaşa gediş-
gəlişin təmin olunması, yaradılmasıdır.
Günün mübarək olsun, Laçın!
Gülər Sultanzadə
YAP Yasamal rayon təşkilatının fəal üzvü