PDF Oxu

Siyasət

  • 2 258

Doğma diyarımız Laçın ŞƏRH

Doğma diyarımız Laçın ŞƏRH

Laçını gəzib görənlər bilir ki, dağların qoynunda inci kimi düzülən ağ evlər torpağın əsl sahiblərinin sevinci ilə işıqlanır. Vətənə qayıdan ailələrin xoşbəxtliyi çöhrələrindən sezilir. Tarixin ən qürurlu, şərəfli dövrünü yaşayırıq. Azərbaycan Respublikası Qarabağda strateji mövqeyini Laçınla itirmişdi, Laçını geri almaqla bərpa etdi. 2022-ci il avqustun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün Azərbaycan xalqını sevindirdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”.

1930-cu il avqustun 8-də təşkil edilən Laçın rayonunun mərkəzi Laçın şəhəridir.
1923-cü ildə Abdallar kənd yaşayış məntəqəsi Laçın adlandırılıb və şəhər statusu alıb. 26 avqust tariximizə Laçın günü kimi daxil olub. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın şəhəri gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər. Laçın rayonunda 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri qeydə alınıb.
1992-ci ildən xalqın niskilinə çevrilmiş Laçın rayonu 2020-ci il dekabrın 1-də
rəşadətli Azərbaycan ordusunun gücü və Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə boşaldıldı. Böyük Qayıdışın nəticəsi kimi 2023-cü il Mayın 28-dən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Artıq Laçın şəhəri yüzlərlə ailəyə qucaq açıb və laçınlıların yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən 2023-cü ildə Laçın şəhərinə 700 ailə , rayonun Zabux və Sus kəndlərinə isə 800-dən çox sakin köçürülüb.
Ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın öz doğum günlərini məcburi köçkünlərlə, uşaqlarla keçirməsi ənənə halını almışdır. Məhz 2023-cü ildə Mehriban xanım Əliyeva öz doğum gününü laçınlılarla, şəhərin təntənəli bayramına qatılaraq qeyd etdi. Bu, xalq-dövlət vəhdətinin, həmrəyliyinin səmimi nümunəsidir. Azad edilmiş Qarabağ torpaqları bütün xalqa qucaq açıb. Quruculuq-bərpa işlərinin fonunda yeni həyat, yeni Azərbaycan qurulur.

Leyla Hüseynova

YAP Yasamal rayonu AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu üzrə ərazi
partiya təşkilatının sədr müavini

Digər xəbərlər