PDF Oxu

Siyasət

  • 2 576

Bütün dünya “Böyük Qayıdış”ı izləyir ŞƏRH

Bütün dünya “Böyük Qayıdış”ı izləyir ŞƏRH

Bu gün Cənubi Qafqazın yeganə lider dövləti olan Azərbaycan işğaldan azad
etdiyi bölgələrdə həyatı sürətlə canlandırır. Hazırda icrası uğurla həyata keçirilən
və bütün dünyanın diqqət və maraqla izlədiyi “Böyük Qayıdış” proqramı 44
günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbədən dərhal
sonra ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövlətimizin əsas prioriteti
kimi müəyyən edilib. Uzun illər boyunca yurd həsrətilə, məcburi köçkün həyatı
yaşamış həmvətənlərimizin öz doğma el-obalarına qovuşmaları üçün hazırda
işğaldan azad edilmiş ərazilərimizdə yeni infrasrukturun qurulması, evlərin
tikilməsi, yolların və digər kommunikasiya sistemlərinin yaradılması istiqamətində
vüsətli iş aparılır.
Həm Azərbaycan cəmiyyəti, həm də beynəlxalq ictimaiyyət bu gün həm də
Laçın rayonunun timsalında yeni Azərbaycan reallıqlarını görür. Böyük strateji
əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı
qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik
təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin
düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462
ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1
orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal
müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli
əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Vətən müharibəsində əldə
etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1
dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci ilin avqustun
26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Keçən ilin 25-26 avqust tarixlərində Laçına səfəri çərçivəsində Həkəri çayının
sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak edən ölkə
Prezidenti cənab İlham Əliyev öz çıxışında bir daha vurğuladı ki, öz sərhədlərinə
nəzarəti həyata keçirmək Azərbaycanın legitim hüququdur və ölkəmiz bu
hüququndan istifadə edərək 23 aprel 2023-cü il tarixində Ermənistanla sərhəddə,
Laçın rayonu ərazisində sərhəd-buraxılış məntəqəsini qurdu. Azərbaycan bir daha
iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək bunu etdi. Bununla bağlı
Azərbaycana, birbaşa ölkə Prezidenti cənab İlham Əliyevə qarşı uzun müddət
çoxsaylı təzyiqlər, hədə-qorxular oldu. Lakin heç bir təhdid Azərbaycanın və
möhtərəm Prezidentimizin iradəsinə üstün gələ bilməz.

Bu gün Laçın yenidən qurulur. Baş plan layihəsində təbii yaşıllıqlarla
əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma
ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı,
çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların
tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi
Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi,
həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq
edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat
obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun
təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini
təmin edəcək. Möhtərəm Prezidentimizin dediyi kimi, xalqımız bundan sonra sülh,
əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədr

Digər xəbərlər