PDF Oxu

Siyasət

  • 1 723

Azərbaycan növbəti tarixi zəfər astansasında TƏHLİL

Azərbaycan növbəti tarixi zəfər astansasında TƏHLİL

Bu gün Azərbaycanın hər bir sahəsində möhtəşəm uğurlar, qələbələr mövcuddur. Qazanılan qələbələrin pik nöqtəsi isə 30 il işğal altında olmuş torpaqlarımızın 44 günlük Vətən Müharibəsi ilə azad edilməsidir. Artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam şəkildə bərpa edərək yeni-yeni zəfərlərə doğru addımlayır. Təbii ki, əldə olunan parlaq hərbi, siyasi, iqtisadi, sosial uğurlara görə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müdirik siyasətinə və bu siyasəti böyük əzmlə davam etdirən Fateh Sərkərdə, ölkə Prezidenti İlham Əliyevə minnətdarıq. Məlum faktdır ki, ötən əsrin 90-cı illərin əvvəllərində Azərbaycanda hərc-mərclik, özbaşınalıq, xaos hökm sürürdü. Bu özbaşınalıqdan istifadə edən məkrli Ermənistan ardıcıl olaraq torpaqlarını işğal edirdi. Vəziyyətin son dərəcədə ağır olması ölkəmizi müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur. Belə ağır dövrdə xalq üzünü ümid yeri Ulu Öndərimiz Heydər Əliyev tutdu. Bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun sədri olmağa razılıq verdi. Lakin ozamankı AXC-Müsavat iqtidarı Dahi Öndər Heydər Əliyevin Bakıya gəlməsinə maneələr yaradırdı. Bu səbəbdən də partiyanı yaratmaq istəyən 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin Sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkişaf dövrünün əsası qoyuldu. Ulu Öndərimizin müdrik siyasəti nəticəsində bütün çətinliklər, ağrılı problemlər aradan qaldırıldı və Azərbaycan inkişaf edən qüdrətli dövlətə çevrildi. Sevincliyik, həm də qürurluyuq ki, Ulu Öndərimizin siyasətini Onun ən layiqli siyasi varisi, Prezident İlham Əliyev böyük uğurla davam etdirir. Dahi Öndərimiz Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyəti siyasi iradəsi sayəsində 30 il işğalda olan torpaqlarımız işğaldan azad olunaraq ərazi bütövlüyümüz tam şəkildə bərpa olundu. Artıq işğaldan azad edilən ərazilərimiz də böyük quruculuq, bərpa, tikinti işləri aparılır. Görülən işlərin fonunda insanlar öz doğma yurd-yuvalarına qayıdırlar. Bu isə o gözəl, dilbər bölgələrə yeni nəfəs gətirir. İnsanları razı salan, məmnun edən məqamlardan biri də ondan ibarətdir ki, 30 ildən sonra öz doğma yurd-yuvalarında seçki hüquqlarından istifadə edirlər.

Zəfər seçkisinin fərəh doğuran müjdəsi

İşğaldan azad edilən ərazilərə köçürülən əhalinin sentyabrın 1-də keçiriləcək parlament seçkilərinə yüksək fəallıqla hazırlaşması, prosesdə fəal iştirak etmələri öz taleylərinə xüsusi diqqətin nümunəsidir. Hər kəs müxtəlif formalarda seçki prosesinə töhfə verməyə çalışır. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, 7 fevral 2024-cü il də keçirilən prezident seçkilərində işğaldan azad edilən ərazilərdə 30-a qədər seçki məntəqəsi yardılmışdırsa, hazırda onların sayı 50-yə çatdırılıb. Ümumilikdə isə ölkə üzrə Milli Məclisə seçki 6 477 məntəqədə keçiriləcək. Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. “Parlament seçkisi ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib”.

Uğurla həyata keçirilən seçki prosesi artıq son mərhələsinə çatmaqdadır. Daha doğrusu bu ayın 31-də “sükut günü”, səhərisi gün isə parlament seçkiləri keçiləcək. Bu kimi məsələlər qanunvericilik də əks olunub. Seçki Məcəlləsinə əsasən, təşviqatın aparılmasını qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri həyata keçirə bilərlər. Qanunvericiliyə görə, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Parlament seçkiləri ilə əlaqədar Təqvim Planında bu müddət 2024-cü il avqustun 9-dan, avqustun 31-i saat 08:00-a qədər nəzərdə tutulub. Beləliklə, avqustun 31-i saat 08:00-da seçkiqabağı təşviqat kampaniyası dayandırılacaq.

Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təhvil veriləcək. Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında bildirib ki, MSK-nın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub: “Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var”.

Aparılan araşdırmalar və sorğular, eləcə də əhali ilə fərdi söhbətlər təsdiq edir ki, 1 sentyabr parlament seçkiləri xalqın iradəsi əsasında azad və şəffaf şəkildə keçiləcək. Bu günə qədər hər hansı formada narazılıq və ya problem qeydə alınmayıb. Namizədlər bir-birinə hörmət etməklə və Seçki Məcəlləsinə uyğun davranış göstərməklə özlərinin təbliğatını aparıb və hazırladıqları seçki platformasını seçicilərə təqdim ediblər. Təbii ki, kimin üstün olduğunu seçki günü bəlli olacaq. Ortada olan reallıq isə onu deməyə əsas verir ki, seçki sakit və insanların istəyinə uyğun baş tutacaq.

Parlament seçkiləri yüksək seçici fəallığı ilə baş tutacaq

Seçkilərin azad və demokratik şəraitdə keçəcəyinə dəlalət edən amillərdən biri də prosesi çoxsaylı yerli və xarici müşahidəçilərin izləməsidir. “İndiyə qədər 39 qurumdan 46 ölkənin vətəndaşları müşahidəçi kimi qeydə alınıblar”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədri Məzahir Pənahov deyib.Onun sözlərinə görə, beynəlxalq müşahidəçilərin sayı 321, yerli müşahidəçilərin sayı isə 93 min 964 nəfərdir: “Onlardan 88 min 105 nəfər DSK-larda, 5 min 859 nəfər isə MSK-da qeydiyyatdan keçib”.

Bununla yanaşı, seçki günü "exit-poll"-da təşkil olunacaq ki, bu da şəffaf seçki prosesinin hansı səviyyədə olduğunu nümayiş etdirəcək. MSK-dan verilən məlumata görə, seçkilərlə əlaqədar 3 təşkilatın “exit-poll” keçirmək üçün müraciəti olub və onlar qeydə alınıblar. Bundan sonra “exit-poll” keçirmək istəyənlər üçün vaxt yekunlaşır. Çünki “Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul etməlidir. Xatırlatmaq lazımdır ki, MSK-nın avqustun 12-də keçirilən iclasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) təşkilatı, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birlikdə parlament seçkilərində exit-poll keçirmələri üçün akkreditasiyaları barədə qərar qəbul edib. MSK-nın avqustun 16-da keçirilən iclasında isə Sosioloji Tədqiqatlar Mərkəzinin exit-poll keçirməklə bağlı müraciəti səsverməyə çıxarılaraq qəbul olunub.

İLHAM ƏLİYEV

Digər xəbərlər