Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün yerli tərəfdaşı ilə birgə Mərkəzi Seçki Komissiyasında qeydə alınan İtaliyanın SWG SPA şirkətinin 15 iyul-15 avqust tarixləri arasında keçirdiyi seçkiöncəsi sorğunun nəticələrində öz əksini tapıb. Azərbaycan əhalisi arasında keçirilən sorğunun nəticələrinə görə, rəyi soruşulanların Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faiz təşkil edir.
Qeyd edək ki, Azərbaycan seçicisi hər zaman olduğu kimi, bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə birmənalı dəstək göstərdiklərini vurğulayaraq, Ona etimad etdiklərini əminliklə qeyd edirlər.
Ümumiyyətlə, Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini, ölkədə yürüdülən daxili və xarici siyasəti qiymətləndirən respondentlərin 91 faizinin Prezident İlham Əliyevin siyasətinə yekdilliklə dəstəkləməsi deyilənlərin göstəricisidir. Əlbəttə, sorğunun nəticəsi də belə qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 91 faiz respondentin rəğbətini qazanması zamanın reallığından və Azərbaycan xalqının iradəsindən, inam və etimadından irəli gəlir. Ona görə də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il əvvəl, 2003-cü il oktyabrın 15-də İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. O, atası Ümummilli Lider Heydər Əliyevin daxili və xarici siyasət uğurlarını genişləndirmək və dərinləşdirmək kursunu tutaraq hakimiyyətə gəlmiş və onun Azərbaycan Prezidenti kimi praqmatik fəaliyyəti ilkin mərhələdə siyasi davamlılıq tendensiyalarını əks etdirdi.
Onun prezidentliyi faktiki olaraq böyük Əliyevin idarəçilik yanaşmalarını yenidən aktivləşdirdi, əhəmiyyətli dərəcədə gücləndirdi və effektivliyini artırdı. Hakimiyyətdə olduğu illər ərzində indiki dövlət başçısı səmərəli və balanslaşdırılmış idarəetmə, yaxud BMT terminologiyası ilə desək, “good governanc” (yaxşı idarəçilik) üçün güclü zəmin yarada bildi. Bu gün Azərbaycanın siyasi-hüquqi sistemi faktiki olaraq heç bir daxili problemlə üzləşmir və geniş spektrli risklərə müqavimət göstərir. Bu göstərici, adətən bəzi ekspertlər arasında müzakirə olunan yerli müxalifətin zəifliyinin, qütbləşməsinin və disfunksionallığının nəticəsi kimi deyil, daha çox İlham Əliyevin çox səmərəli idarəçilik keyfiyyətlərinin təzahürüdür. Bir tərəfdən, Azərbaycan ordusu 2020-ci ildə İkinci Dağlıq Qarabağ müharibəsində mühüm nailiyyətlər əldə etdi və nəticədə Azərbaycanın əvvəlki onilliklər ərzində erməni qüvvələrinin işğalında olan ərazilər üzərində nəzarəti bərpa etməsi, Azərbaycanın müdafiə büdcəsi əhəmiyyətli dərəcədə artması, Silahlı Qüvvələrin uğurla modernləşdirilməsi Prezident İlham Əliye cənablarının nə və orduda aparılan islahatlara şərait yaradıb. Xalq arasında həqiqətən qurucu və yaradıcı Prezident imicini qazanmış, müasirlik simvoluna çevrilmiş möhtəşəm praqmatizimliyi ilə seçilən Prezident İlham Əliyev öz seçki kampaniyasını gurultulu sözlərlə yox, real işlərlə, dövrün tələblərinə uyğun yeritdiyi siyasətlə, ölkəmizin beynəlxalq nüfuzunu günbəgün, aybaay, ilbəil artırmaqla həyata keçirmiş və onun bəhrəsini görmüşdür. Onun başladığı bütün işlərin Azərbaycanın daha parlaq gələcəyinə hesablandığını görməmək mümkün deyil.
Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, qazanılan bütün nailiyyətlər “Azərbaycanda xalqla iqtidar arasındakı birliyi təcəssüm etdirir, çünki bizim bütün təşəbbüslərimiz, bütün işlər xalqın tələbi, xalqın xahişi ilə, yerlərdən olan təkliflər əsasında görülür. Bizim regional İnkişaf Proqramımızın əsas mənbəyi xalqdır. Proqramın əsas istiqaməti də Azərbaycan xalqına xidmət etməkdir”.
Bu bir faktdır ki, dövlət başçısının istər işğaldan azad olunan torpaqlarımıza, istərsə də Azərbaycanın bölgələrinə etdiyi səfərləri respublika əhalisi tərəfindən xüsusi rəğbətlə və sevinclə qarşılanır. Çünki Onun getdiyi hər bir rayonda, hər bir şəhərdə abadlıq və quruculuq işlərinə yeni impuls verilir, bu işlərin vüsəti daha da artır, yaranmış problemlər, bölgələrin ehtiyacları daha əyani surətdə öyrənilir, onların həlli yolları müəyyənləşdirilir.
ÖLKƏ PREZİDENTİNİ XALQA SEVDİRƏN ƏN MÜHÜM CƏHƏTLƏRDƏN BİRİ DƏ ODUR Kİ, O, HEÇ VAXT PROBLEMLƏRDƏN YAN KEÇMİR, ƏKSİNƏ, ONLARI ÖYRƏNİR VƏ HƏLLİ ÜÇÜN CƏSARƏTLİ, QƏTİ TƏDBİRLƏR GÖRÜR, BUNU HƏR BİR DÖVLƏT MƏMURUNDAN TƏLƏB EDİR
Vətəndaşlar çox gözəl bilirlər ki, Prezidentin bu səfərlərindən əsas məqsəd görülən abadlıq və quruculuq işlərinin daha da sürətləndirilməsi, bunların xalqa təqdim edilməsidir. Prezident İlham Əliyevin elə bir səfəri yoxdur ki, həmin bölgədə bir çox yeni mədəniyyət, səhiyyə müəssisəsi, məktəb, idman qurğusu və digər obyektlər istifadəyə verilməsin. Artıq bu gün Azərbaycanın güclü və qüdrətli iqtisadiyyatı imkan verir ki, yaxın keçmişdə bizim üçün əlçatmaz görünən arzular da həyata keçsin, Azərbaycan müasir dünyanın tələblərinə cavab verən yüksək inkişaf etmiş bir dövlətə çevrilsin və çevrilməkdədir də!
Dövlət başçımız vurğulayır ki, görülən bütün işlərin təməlində güclü iqtisadiyyat dayanır: “Güclü iqtisadiyyatı da biz yaratmışıq. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur”.
Dövlət başçısının mövqeyi qətidir: “Əsas məsələ ondan ibarətdir ki, bütün mövcud problemlər öz həllini tapmalıdır. Biz bu problemləri bilirik və öz işimizi yerlərdən gələn məlumatlar əsasında görürük. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı və təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik”.Doğrudan da dövlət başçımızın dəfələrlə qeyd etdiyi kimi, “Azərbaycanda dövlət insanların maraqlarının keşiyindədir. ...Azərbaycan dövləti sosial dövlətdir, çünki siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Bu gün də belədir, gələcəkdə də belə olacaqdır”.
Beləliklə, bu gün Azərbaycan seçicisi, sorğuda iştirak edən respondentlər ölkə Prezidenti Cənab İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir, yorulmaz, qətiyyətli, xalqının maraqlarına xidmət edən fəaliyyətinə böyük ümid, etimad göstərir.
RƏFİQƏ KAMALQIZI