PDF Oxu

Siyasət

  • 1 725

"Bakıyla Daşkənd bir-birilərini çox gözəl başa düşürlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Bakıyla Daşkənd bir-birilərini çox gözəl başa düşürlər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Özbəkistan növbəti dövlətdir ki, Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik haqqında rəsmi sənəd imzalanıb. Bu prosesdə bizim ölkələrimizin qarşılıqlı bir-birinə həm marağı, həm istəyi var, həm də biz münasibətlərimizdə son dərəcə ilginc, etibarlı şərait yaratmışıq. Bu yüksək etimaddan xəbər verən bir şəraitdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.Tofiq Abbasov sözlərinə belə davam edib: "Odur ki, bu proseslərdə liderlərin çox böyük rolu var. Çünki münasibətlər həmişə insanları, siyasi elitaları, məramları yoxlayır və bütün bu proseslərin hamısında Azərbaycanla Özbəkistan rəhbərlərinin birmənalı həmişə marağı var idi ki, bir-birinə yaxın olsunlar, elə bir tərzdə münasibətlərini qursunlar ki, onlardan həm iki ölkə bəhrələnsin, həm də üçüncü dövlətlər.Biz artıq Daşkənddə Prezident İlham Əliyevin dövlət səfəri əsnasında gördük ki, hər iki lider bildirdilər ki, biz tək özümüz haqqında düşünmürük, üçüncü tərəfləri də bu proseslərə qatacağıq. Yəni əgər bizim özümüzün xeyrimiz varsa, həm də üçüncü tərəflərə böyük töhfələr vermiş olacağıq. Əlbəttə, burada strateji tərəfdaşlıq, müttəfiqlik çox vacib məsuliyyət qoyur. İlk növbədə bu ondan irəli gəlir ki, birincisi bəlli olduğu kimi tarixi, hüquqi, mənəvi köklər var, dil və din birliyi var. Bunlar hamısı elə bir tellərdir ki, onlar nəinki qırılmır, əksinə möhkəmlənir və ildən-ilə də yeni imkanların açılmasını bizə töhfə edir.Təbii burada biz orada gördük ki, nə dərəcədə iki lider bir-birinə etimad göstərir. Birgə investisiya fondunun olması, onun vəsaitlərinin çox lazımlı işlərə qatılması, iki dövlət rəhbərinin də iştirakı ilə biznes qrupların da yüksək səviyyəli görüşü keçirildi və orada yeni perspektivlər, yeni üfüqlər açıldı. Əlbəttə, bunlar hamısı son dərəcə vacib məqamlardır ki, bizim ölkələrimiz həm bir-birinə yaxın olsun, həm də ki münasibətlərdən çox böyük töhfələr, böyük xeyir, qazanc əldə etsinlər.Bu sirr deyil ki, birincisi qazanc, açılacaq yeni imkanlar bunlar ilk növbədə insanların rifahını artırır, onlara rahatlıq gətirir, onların gələcəklə bağlı fikirlərini aydın edir. Ona görə də demək olar ki, iki lider burada böyük bir yaşıl işıq yandırmaqla göstərdilər ki, ölkələrimizin yaxınlaşması, münasibətlərimizin genişlənməsi çərçivəsində heç bir maneə yoxdur və ola da bilməz. Təbii bu proseslərə də üçüncü bəzi neqativ və bədxah qüvvələrin müdaxilələri ola bilər. Amma biz o dərəcədə bir-birimizə güvənir, arxayınıq ki, onların hamısının qarşısını alacağıq. Nahaq yerə Prezident İlham Əliyev orada bildirmədi ki, iki möhkəm güc toplamış, iki inkişaf etmiş, suveren hüquqlarını bilən, reallaşdıran ölkənin birliyi çox vacib bir amildir.Bəli, beynəlxalq münasibətlər kontekstindən yaxınlaşsaq artıq Azərbaycan-Özbəkistan münasibətləri mən deyərdim ki, beynəlxalq həyatın vacib işlək amillərindən birinə çevrilib. Biz bir-birimizə yaxınlaşmaqla həm də yeni kommunikasiyaların, yeni yolların, yeni tranzit imkanlarının genişlənməsini qaçılmaz edəcəyik. Bunun üçün də çox böyük imkanlar var. Əlbəttə, burada Azərbaycanın rolu həddindən artıq böyükdür. Məsələ onda deyil ki, biz Avrasiya məkanının daha çox əlverişli mövqeyində yerləşmişik. Məsələ burasındadır ki, hər iki ölkənin böyük dənizlərə çıxışı yoxdur və bu baxımdan əlbəttə ki şərqdən gələn yollar hamısı bizdən keçir. Biz də bu traveslərin hamısında imkanları elə səfərbər etmişik ki, yollarda dayanmaq olmasın, birbaşa hərəkət olsun və dənizlər istiqamətində də bizim mallar, yüklər, üçüncü ölkələrin yüklərinin daşınmasında maneələr olmasın. Yəni, kommunikasiyalar ilk növbədə ona görə lazımdır ki, insanları birləşdirsin, insanların mübadiləsi üçün böyük imkanlar yaratsın və bu baxımdan da hesab edirəm ki, Bakıyla Daşkənd çox gözəl bir-birilərini başa düşürlər, bir-birlərinə söykənirlər. Bu bir daha göstərdi ki, bəli, böyük bir Azərbaycan diplomatiyası xarici coğrafiyalarda böyük uğurlardan birini əldə etdi və demək olar ki, bizim yaxın müttəfiqlərimizin sayı da artmaqla həm də ölkəmizin beynəlxalq mövqelərini möhkəmlərmək üçün imkanlar yaratdı".

Ayşən Vəli

Digər xəbərlər