PDF Oxu

Siyasət

  • 1 915

“Laçın şəhəri bu gün yenidən dirçəlir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Laçın şəhəri bu gün yenidən dirçəlir” - MÜNASİBƏT BİLDİRİLDİ

"Bu gün, yəni 26 avqust cənab Prezident İlham Əliyevin 2023-cü il iyulun 1-də imzaladığı sərəncama əsasən "Laçın şəhəri günü" kimi qeyd olunur. 1992-ci il mayın 18-də Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmışdı. İşğal nəticəsində Ermənistan tərəfi bütün beynəlxalq konvensiyalara zidd olaraq coğrafi adlarını dəyişdirdi və burada erməni əsilli qaçqınların məskunlaşmasını təmin etdi. Təbii resurslarımızın da talan edilməsi nəticəsində buradan da qazanc əldə edirdilər. Bütün bunlar isə hərbi cinayət hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında tarix üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin müəllimi Ülkər Məmmədzadə deyib.

O bildirib ki, 2020-ci ildə isə ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan ordusu torpaqlarını işğaldan azad edir: "Laçın şəhəri isə dekabrın 1-də Ermənistan ordusu tərəfindən boşaldılır. Bütün bunlar Azərbaycanın hərbi sahə ilə yanaşı, həm də diplomatik sahədəki uğurları idi.

Uzun illər Ermənistanın vəhşiliyinə məruz qalmış Laçın şəhəri bu gün yenidən dirçəlir. Artıq Laçın şəhərinə köç həyata keçirilib, ora yenidən can gəlib".

Digər xəbərlər