...Rusiya liderı Vladimir Putin Bakıya səfəri zamanı Telegram-ın yaradıcısı Pavel Durovla görüşməyib. SİA-nın əldə etdiyi məlumata görə, bunu dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
O, deyib ki, Kreml Durovun konkret nədə ittiham olunduğunu hələ bilmir.
...Hələlik bununla bağlı heç bir rəsmi açıqlama eşitməmişik. Və bir şey deməzdən əvvəl, vəziyyətin aydın olmasını gözləmək lazımdır: Durovu konkret olaraq nə ilə ittiham etməyə çalışırlar. Bunsuz hər hansı açıqlama vermək yəqin ki, düzgün olmazdı.
Bunu prezidentin mətbuat katibi bildirib.
Xatırladaq ki, Putin avqustun 18-19-da Azərbaycanda səfərdə olub. O, Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb.
İddialara görə, həmin günlərdə Durov da Bakıda olub.
Bir neçə teleqram kanalı, o cümlədən Insider-T onun Bakıda Putinlə görüşləri haqqında yazdı.
Baza Telegram kanalı yazıb ki, öz məlumatlarına görə, prezident administrasiyası Putinə Durovla görüş təklif edib, lakin Putin bundan imtina edib.
...Bakıya səfərindən sonra Durov bir neçə il əvvəl vətəndaşlığını qəbul etdiyi Fransaya uçub və avqustun 24-də axşam Paris hava limanında saxlanılıb.
Əli Babayev