“Qarşıdan gələn parlament seçkiləri ölkəmizin təkcə siyasi deyil, həm də mədəni həyatında mühüm mərhələni təcəssüm etdirir. Bu gün biz işğaldan azad edilmiş Qarabağın yenidən mədəni həyatın mərkəzinə çevrildiyinin şahidi oluruq. Tarixi abidələr bərpa olunur, ənənəvi musiqi və incəsənət məktəbləri canlanır, yeni mədəniyyət ocaqları açılır. İndi orada həm də seçkilər keçirilir”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov deyib.Onun sözlərinə görə, incəsənət xadimləri üçün bu proses xüsusi əhəmiyyət kəsb edir: “Qarabağda mədəni mühitin bərpası irsimizin qorunub saxlanmasına töhfə verməklə yanaşı, yeni yaradıcılıq təşəbbüsləri üçün də əlverişli şərait yaradır. Gənc istedadlar bu qələbələrə baxıb Azərbaycan mədəniyyətinin və incəsənətinin çiçəklənməsinə töhfə vermək imkanı qazanacaqlar: “Unutmamalıyıq ki, mədəniyyətimizin gələcəyi, onun qorunub saxlanması və gələcək nəsillərə çatdırılması da məhz bizlərin doğru seçimimizdən asılıdır. Qoy bu seçkilər dirçəlişin təcəssümünə çevrilsin. Mədəniyyət və incəsənətimiz ölkəmizin inkişafını nümayiş etdirsin”, - deyə Cahangir Zülfüqarov fikrini yekunlaşdırıb.