"Yeni yaranmış geopolitik reallıqlar fonunda ölkəmizin mövqeyinin güclənməsində Milli Məclis seçkisinin də özünəməxsus rolu vardır. Azərbaycan sentyabrın 1-də demokratik seçki keçirməklə öz simasını, Qarabağ və Şərqi Zəngəzurda səsvermə təşkil etməklə gücünü dünyaya bir daha göstərəcək".Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib."Növbədənkənar parlament seçkiləri Azərbaycanın müasir tarixi üçün mühüm bir mərhələ təşkil edir. Bu, bizim gələcək siyasi uğurlarımız üçün əsas stimullardan biridir. Azərbaycan xalqı öz lideri ilə birgə güclü öz dövlətinin gələcəyini təmin edir”, - deyən Ramil Məmmədli bütün vətəndaşları qarşıdan gələn parlament seçkilərində fəal iştiraka çağırıb: "Hər birimizin səsi ölkəmizin gələcəyini müəyyənləşdirəcəkdir. Bizim birlikdə seçəcəyimiz parlament Azərbaycanın inkişaf yolunda atacağı növbəti addımları müəyyən edəcək ".