“Azərbaycanda yenidən seçki ərəfəsində görüşürük. Biz indiyə kimi müxtəlif dövrlərdə prezident və parlament seçkilərini izləmişik”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransı zamanı Mərkəzi Seçki Komissiyasında yerli tərəfdaşı ilə birgə Exit poll keçirmək üçün qeydiyyatdan keçən Oracle Advisory Group-un nümayəndəsi Vlada Galan deyib.O bildirib ki, seçki öncəsi sorğu yerli respondentlər arasında cari ilin 29 iyul - 9 avqust tarixləri arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb: “Sorğu üzbəüz şəkildə, 3 mərhələdə 40 nəfər heyət tərəfindən təşkil edilib.Sorğuda iştirak edən respondentlərin 10 faizi 72 yaşdan yuxarı, 12 faizi 60-69 yaş, 13 faiz 50-59 yaş, 17 faiz 40-49 yaş, 31 faiz 30-39, cavab verənlərin 17 faizi isə 18-29 yaş aralığında idi. Həmçinin sorğuda iştirak edənlərin 39 faizini kişilər, 61 faizini isə qadınlar təşkil edib”.
Müəllif: Səbinə Hüseynli