PDF Oxu

Siyasət

  • 2 579

“Respondentlərin 73 faizi YAP üzvlərinə səs verəcəklərinə bildirib” - George Birnbaum

“Respondentlərin 73 faizi YAP üzvlərinə səs verəcəklərinə bildirib” - George Birnbaum

“ABŞ-ın nüfuzlu "Oracle Advisory Group" təşkilatı 2013, 2018 və 2024-cü illərdə Prezident seçkilərində, 2015 və 2020-ci illərdə Parlament seçkilərində, 2016-cı ildə keçirilən Referendumda sosioloji sorğular və exit-poll keçirərək, tam şəffaf və obyektiv məlumatlar təqdim edib. Sorğu yerli respondentlər arasında cari ilin 29 iyul - 9 avqust tarixləri arasında 119 seçki dairəsinin 952 məntəqəsi ərazisində aparılıb”. SİA xəbər verir ki, bu sözləri mətbuat konfransında çıxışı zamanı "Oracle Advisory Group" şirkətinin nümayəndəsi George Birnbaum deyib.O bildirib ki, sorğuda verilən bəzi suallar və onların cavablarını faizlə təqdim edəcək: “Azərbaycanda insan hüquqları qorunurmu ?” sualı ilə respondentlərin 97 faizi razılaşıb, 2 faiz razılaşmayıb, 1 faiz isə “əmin deyiləm” cavabını verib.2013-cü ildən bəri seçki öncəsi sorğuda hər zaman indi qeyd edəcəyimiz sualı veririk və hər zaman yüksək cavab alırıq. Belə ki, “Azərbaycan elə bölgədə yerləşir ki, bura qeyri-sabit ərazidir. Lakin Azərbaycan sabitliyin adasıdır” fikri ilə respondentlərin 95 faizi razılışıb, 3 faiz razılaşmayıb, 1 faiz isə “əmin deyiləm” cavabını verib.“Seçkidə hansı partiyaya səs verəcəksiniz ?” sualına isə respondentlərin 73 faizi Yeni Azərbaycan Partiyası, 6 faiz Müsavat partiyası, 4 faiz Real partiyasına cavabını verib”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər