PDF Oxu

Siyasət

  • 2 491

MSK sədri: “Veb-kameralar məntəqələrdəki proseslərin izlənilməsi baxımından ən yüksək səviyyədədir”

MSK sədri: “Veb-kameralar məntəqələrdəki proseslərin izlənilməsi baxımından ən yüksək səviyyədədir”

Veb-kameralar məntəqələrdəki proseslərin izlənilməsi baxımından ən yüksək səviyyədədir. “Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.O xatırladıb ki, 2008-ci ildən Azərbaycanda seçki məntəqələrinə veb-kameralar quraşdırılıb: “Demokratik, şəffaf, ədalətli seçkinin keçirilməsi üçün əlverişli mühit olmalıdır”. MSK sədri bildirib ki, veb-kameralar quraşdırılan 1000 məntəqə ölkənin bütün coğrafiyasını əhatə edir: “Seçki məntəqələrinə veb-kameraların quraşdırılması işini üç qurum - MSK, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti həyata keçirir. Seçki günü bütün proseslər kameralar vasitəsilə qeydə alınacaq. Heç bir icazə və qeydiyyat olmadan bütün dünyadan həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkündür”.

Digər xəbərlər