PDF Oxu

Siyasət

  • 2 539

Rövzət Qasımov: Təşviqatla bağlı qanun pozuntusuna yol verilməsinə dair MSK-ya heç bir müraciət daxil olmayıb

Rövzət Qasımov: Təşviqatla bağlı qanun pozuntusuna yol verilməsinə dair MSK-ya heç bir müraciət daxil olmayıb

Mərkəzi Seçki Komissiyasına (MSK) bu günə qədər namizədlərin seçkiqabağı təşviqatla bağlı qanun pozuntusuna yol verməsinə dair heç bir müraciət daxil olmayıb.“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.O bildirib ki, namizədlərin təşviqat kampaniyası indiyədək bir-birlərinə qarşılıqlı hörmət şəraitində və sakit atmosferdə davam edir.“Namizədlər öz məlumat, ismarış və platformalarını seçicilərinə aydın formada çatdırır, onların suallarını cavablandırırlar. Bir məlumatı da qeyd edim ki, MSK-nın 115 nömrəli “Qaynar xətt”inə indiyədək barmaqla sayılacaq qədər müraciət daxil olub. Onların mütləq əksəriyyəti sorğu xarakterlidir. Yaxud da seçki subyektləri tərəfindən hüquqi məsələlər barədə “Qaynar xətt”imizə müəyyən suallar ünvanlanıb. Təşviqat üçün ayrılan yerlərlə bağlı da suallar olub. Bildiyiniz kimi, namizədlərin seçkiqabağı təşviqatı üçün geniş və hərtərəfli imkanlar təmin olunub, təşviqat prosesinin daha geniş vüsət alması üçün MSK müvafiq qurumlarla birgə 5 min 506 yer müəyyənləşdirib və həmin yerlər barədə ətraflı məlumat ictimailəşdirilərək seçicilərin və təşviqat subyektlərinin diqqətinə çatdırılıb. Ayrılan yerlərdən 3469-u açıq, 2037-si isə qapalıdır. Bütün bu yerlər avqustun 31-i saat 8:00-dək namizədlərin sərəncamındadır, - R. Qasımov qeyd edib.

Digər xəbərlər