Zəngilan rayonunun Ağalı kəndində yerləşən seçki məntəqəsi Dairə Seçki Komissiyası tərəfindən bütün ləvazimatlarla təmin olunub.“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin 33 saylı seçki məntəqəsinin sədri Allahverdi Nəcəfov deyib.O bildirib ki, məntəqələri Ağalı kəndində yerləşir:"Arıtq bütün seçicilərə bildirişlər paylanılıb. Məntəqə olaraq seçkiyə tam hazırıq. Seçki məntəqəsində ilk dəfə səsvermə hüququna malik olan 13 nəfər var. Həmçinin 94 yaşında olan 2 nəfər ən yaşlı seçicimiz də mövcuddur”.