PDF Oxu

Siyasət

  • 2 595

Gürcüstandan inqilab iyi gəlir - ANALİZ

Gürcüstandan inqilab iyi gəlir - ANALİZ

Cənubi Qafqaz respublikasında yeni “rəngli inqilab” təhlükəsi barədə xəbərdarlıq edilib

Rusiya Xarici Kəşfiyyat Xidməti Vaşinqtonun oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra 2003-cü il “Qızılgül inqilabı”nın təkrarına hazırlaşdığı barədə məlumat yayıb. Hakim “Gürcü Arzusu” (GA) partiyası, eləcə də Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” (VMH) rəhbərlik etdiyi birləşmiş müxalifət hadisələrin inqilabi inkişafını tamamilə real ssenari hesab edir. Amma təbii ki, onlar bu cəhdin nə dərəcədə uğurlu ola biləcəyini qiymətləndirməkdə fərqlənirlər.
Vaşinqtonun Gürcüstanda hazırladığı “rəngli inqilab”ın ssenarisi belədir: “Tiflis Maydanında səsvermə zamanı “saxtakarlıq sübutları”nın dərc edilməsi, seçkilərin nəticələrinin tanınmadığını elan etmək və hakimiyyətin dəyişməsini tələb etmək planlaşdırılır. Hüquq-mühafizə orqanları etirazları zorla yatırmağa təhrik ediləcək”. Ağ Ev seçkilərə qalan həftələrdə Gürcüstan hakimiyyətinə təzyiqləri artırmaq və “Gürcü Arzusu”nun seçki mövqeyini zəiflətmək (xüsusən də partiya rəhbərliyinə və sponsorlara qarşı şəxsi sanksiyalar tətbiq etmək) istəyir.Gürcüstan müxalifəti həqiqətən də dəfələrlə ABŞ hakimiyyətinə açıq şəkildə GA-nın təsisçisi və fəxri sədri, milyarder Bidzina İvanişviliyə və yüksək vəzifəli hökumət rəsmilərinə qarşı şəxsi sanksiyalar tətbiq etmək çağırışları ilə müraciət edib. İndiyədək Vaşinqton Gürcüstanın hakim partiyasında təmsil olunanları üç addımla məhdudlaşdırıb. Birincisi, onlarla adı açıqlanmayan məmura və GA-nın deputatlarına qarşı viza məhdudiyyətləri tətbiq etməklə, “xarici agentlər haqqında” qanunun qəbulunu “Gürcüstanda demokratiyaya zərbə vurmaq” kimi qəbul etməklə. İkincisi, Gürcüstana 100 milyon dollara yaxın maliyyə yardımının dondurulması, üçüncüsü, Vaşinqtonun himayəsi altında 2016-cı ildən Gürcüstanda keçirilən “Layiqli tərəfdaş” beynəlxalq təlimlərinin ləğvi ilə.Pentaqonun sözçüsü Patrik Rayder bu addımların səbəblərini açıqlayıb: "Biz çox narahatedici ritorikanın şahidi olduq ki, guya Amerika Birləşmiş Ştatları bilərəkdən regionda gərginliyi artırmağa çalışırmış kimi yalan bəyanatlar səsləndirir. Əslində isə vəziyyəti gərginləşdirən Moskvadır”.Nation.ge informasiya-analitik resursunun eksperti David Avalişvilinin verdiyi məlumata görə, bu tədbirlərin heç birini hakimiyyət və ya müxalifət üçün “siyasi əhəmiyyətli” adlandırmaq olmaz. “İndi əgər oktyabr səsverməsi ərəfəsində Vaşinqton faktiki olaraq İvanişviliyə, eləcə də Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlamentin rəhbəri Şalva Papuaşviliyə qarşı şəxsi maliyyə sanksiyaları tətbiq edərsə, bu, artıq ABŞ-ın Gürcüstanda hakimiyyəti dəyişmək əzminin qeyd-şərtsiz təsdiqi və müxalifətə Vaşinqtonun inqilabi ssenarini dəstəkləyəcəyinə dair müvafiq siqnal olacaq”, deyə Avalişvili bildirib.“Gürcü Arzusu” bu təhlükəni kifayət qədər real hesab edir. Hakim partiyanın ideoloqlarından biri hesab edilən kinorejissor Georgi Xaindrava deyib ki, " Rusiya Xarici Kəşfiyyat Xidməti yalnız üç ildir danışdığımızı təkrarlayıb". Onun sözlərinə görə, ABŞ “demokratik isteblişmentinin” müəyyən dairələri Tbilisidə dövlət çevrilişi etməyə cəhd edəcəklər. “Biz onların kiminlə əlaqə saxladıqlarını və kimə pul ödədiklərini bilirik”, deyə cənab Xaindrava vurğulayıb. Hakim partiyadan olan deputat Lado Kaxadze bu tezislərlə razılaşaraq deyib: “İnqilabi əhval-ruhiyyə kənardan stimullaşdırılır ki, oktyabrın 26-da keçirilən səsvermədən ertəsi gün tanınmaması vurğulansın”. Bununla belə, deputat əmindir ki, GM-in qələbəsi “o qədər sarsıdıcı və inandırıcı olacaq ki, heç kim buna şübhə edə bilməyəcək”.Bütün GA rəhbərləri, o cümlədən Bidzina İvanişvili “rəngli inqilab”a hazırlığın əlamətlərindən danışdılar. Belə ki, onlar müxalifət partiyalarının “inqilabi yönümlü” qeyri-hökumət təşkilatları ilə ittifaqlara girərək öz nümayəndələrini seçki siyahılarına daxil etmələrinə diqqət çəkiblər. Məsələn, “Azadlıq Meydanı” QHT-nin rəhbəri Levan Tsutskiridze siyasətə keçib. Bu təşkilatın adı 2003-cü il noyabrın 23-də Tbilisinin Azadlıq meydanında başlayan “Qızılgül İnqilabı” ilə qoşa çəkilir. 2 noyabr parlament seçkilərindən sonar da öz vədinə sadiq qalacaq.“Gürcü Arzusu” qorxur ki, eyni bəhanə ilə müxalifət QHT-lərlə koalisiyada “Qızılgül inqilabı-2” təşkil etməyə çalışacaq. Üstəlik, 2003-cü il inqilabının lideri Mixail Saakaşvilinin ətrafında toplaşan bütün müxalifət partiyaları “26 oktyabrdan sonra səslərin qorunmasının” zəruriliyindən danışırlar. Üstəlik, müxalifət artan kampaniyanı əvvəlcədən qeyri-demokratik elan edib. "Seçkiləri ədalətli hesab etmək olmaz, çünki ən böyük müxalifət partiyasının lideri Mixail Saakaşvili həbsdədir və kampaniyada iştirak etmək imkanı yoxdur", - Birləşmiş Müxalifətin icraçı katibi Petre Tsikarişvili bildirib.Bu gün müxalif qüvvələr və onlara yaxın media tərəfindən açıqlanan rəy sorğuları seçkilərin nəticəsini inamla proqnozlaşdırmağa imkan vermir. Bütün müxalifət partiyaları kollektiv şəkildə təxminən GA ilə eyni sayda - təxminən 45-50% səs toplaya bilər. Amma əsas sual beş faizlik giriş baryerini neçə müxalifət birliyinin keçəcəyidir. Əgər bunu təkcə “Vahid Milli Hərəkat” deyil, digər qüvvələr də bacararsa, onda GA gələcək parlamentdə hökumət qurmaq hüququnu möhkəm müdafiə etməli olacaq. Əks halda baryeri aşa bilməyən partiyaların faizi daha çox xalq qüvvələrinə keçəcək və GA parlamentdə rahat səs çoxluğunu qazanacaq.

V.VƏLİYEV

Digər xəbərlər