Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələrin inkişafı mühüm yer tutur. Son illər Mərkəzi Asiyanın dinamik inkişaf edən ən böyük dövlətlərindən biri olan Azərbaycan ilə Özbəkistan arasında əlaqələr durmadan genişlənir.
Azərbaycan ilə Özbəkistan dövlət müstəqilliyini əldə etdikdən sonra tarixi dostluq və qardaşlıq münasibətləri daha da inkişaf etmiş və uzun illər sınaqlardan sonra indiki səviyyəyə çatmışdır. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında, dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın keçmiş Prezidenti İslam Kərimovun müstəsna xidmətləri var. Prezident İslam Kərimovun 1996-cı ildə Azərbaycana, ümummilli lider Heydər Əliyevin 1997-ci ildə Özbəkistana səfərləri zamanı iki ölkə arasında münasibətlərin strateji istiqamətləri müəyyənləşdirilmişdir. 1996-cı il oktyabrın 21-22-də Azərbaycan Prezidenti Heydər Əliyev Türkdilli Dövlətlərin Dövlət Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubileyinin qeyd edilməsində iştirak etmək üçün Daşkənddə olmuşdur. Ümummilli lider Heydər Əliyevin 1997-ci il iyunun 18-19-da Özbəkistana rəsmi səfərini əlaqələrin inkişafında yeni mərhələ kimi qiymətləndirmək olar. 1996-cı ildə Özbəkistanda Azərbaycanın, 1998-ci ildə Bakıda Özbəkistanın səfirliklərinin açılması ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə növbəti töhfə oldu.Cənab Prezidentin səfəri Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Artıq iki ölkə arasında əlaqələr strateji əməkdaşlıq xarakteri daşıyır.
Əhəmiyyətli nəqliyyat arteriyaları üzərində yerləşən Azərbaycan və Özbəkistan nəqliyyat sektorunda fəal əməkdaşlıq edir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturları yaradılmış, onların vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunmuşdur. Prezident İlham Əliyev səfər çərçivəsində Özbəkistanda işgüzar dairələrinin nümayəndələri ilə görüşü zamanı çıxışında deyib ki, biznes strukturları siyasi konyunkturaya çox həssas reaksiya verir: İndi Özbəkistanla Azərbaycan arasında mövcud olan ən yaxşı siyasi konyunktura heç bir yerdə mövcud deyil. Səfər günlərində Daşkənd şəhərində həm də Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət Nazirliyinin, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi AZPROMO və Özbəkistanın Xarici İnvestisiyaların Cəlb Edilməsi Agentliyinin təşkilatçılığı ilə Özbəkistan-Azərbaycan biznes forumu keçirildi. Forumda qeyd edildi ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafına xüsusi önəm verilir.
Qeyd edilməlidir ki, Ulu Öndərimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qardaş ölkələr arasındakı münasibətlər daha da dərinləşib. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Prezident İlham Əliyevin də dediyi kimi ölkələr arasında möhkəm münasibətlər artıq bütün sınaqlardan çıxıb və bu gün ən yüksək səviyyəyə çatıb. Prezidentlər arasında imzalanan "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş xalqın daha da yaxınlaşmasına xidmət edəcək. Daşkənddə imzalanan sənədlər arasında turizm, mədəniyyət, elm və təhsil, sosial, ədliyyə, sənaye və ticarət sahələrini əhatə edən saziş və protokollar da yer Azərbaycan Özbəkistan arasında müttəfiqlik sənədinin imzalanmasi geosiyasi əhəmiyyəti Qafqaz və Mərkəzi Asiyada sülhə xidmət edəcək. İki ölkə prezidentləri yeni dünya siyasi nizamı quruculuğuna da bununla töhfə verdi. Artıq Qafqaz və Mərkəzi Asiya bu sənədlərlə eyni coğrafiyada geosiyasi və iqtisadi mövqelərini yaxınlaşdırdı. Bu, prezident İlham Əliyevin uğurlu diplomatiyasının nəticədir.
Nicat İsmayılov
YAP Yasamal rayonu "Akim Abbasov küç.73 E" ünvanı üzrə ərazi partiya təşkilatının sədri