"Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə yollanmışdı. Türkiyə ilə Özbəkistan arasında yüksək səviyyədə davam edən əlaqələr halqalarında Azərbaycanın iştirakının bölgədəki güc balansı baxımından mühüm nəticələri olacaq. Cənubi Qafqaz regionu, regionda siyasi sabitliyin əldə edilməsində mühüm vəzifələr daşıyır. Cənubi Qafqazın sabitliyi və inkişafında təşəbbüsü öz üzərinə götürməyə namizəd olan Azərbaycan, bir tərəfdən, Cənubi Qafqaz regionunda lider mövqe tutur, digər tərəfdən isə Türk Dövlətləri Təşkilatında fəal rol almağa çalışır. Bu məsələdə Türkiyə ilə sıx əməkdaşlıq edir. Əslində Azərbaycanın Orta Asiya Türk Cümhuriyyətləri ilə əməkdaşlığı inkişaf etdirməsi, fəal dialoq qurması ölkənin yeni xarici siyasət hədəfləri ilə birbaşa üst-üstə düşür". Bu sözləri SİA-ya açıqlamasında türk politoloq Hakan Aktürk deyib.Hakan Aktürk sözlərinə belə davam edib: "Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Rusiya enerjisinə alternativ enerji mənbəyi axtaran Avropa, şübhəsiz ki, Xəzər regionuna üz tutacaq. Bu regionun ən mühüm aktoru şübhəsiz ki, Azərbaycan-Özbəkistan münasibətlərinə nəzər saldıqda hər iki ölkə türk mənşəlidir, ortaq tarixə və ortaq sivilizasiyaya malikdir, uzun müddət sovet işğalı altında yaşamışdır. Onlar bir çox problemlərlə üzləşmiş ölkələrdir. Ona görə də iki ölkə arasında sosial-mədəni və iqtisadi əlaqələr mövcuddur.Hər iki ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür. Heç bir ölkə Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik təşkilatlarında iştirak etmir. Azərbaycan enerji ehtiyatlarına və geosiyasi mövqeyinə görə Cənubi Qafqazın ən mühüm ölkəsi olduğu halda, Özbəkistan Mərkəzi Asiyanın bütün dövlətləri ilə qonşudur, 35 milyon nəfər əhalisi olan, fəal işçi qüvvəsi və sahibkarlığı ilə seçilir. İpək yolu üzərində yerləşir və Orta Asiyanın ürəyi kimi bir ölkədir.Coğrafi baxımdan hər iki ölkə İpək yolu üzərində yerləşir. Azərbaycan Mərkəzi Asiyanı Avropaya birləşdirən dəhlizin qapısı olduğu halda, Özbəkistan Avropanı Çinlə birləşdirən dəhlizin şərq qapısı olan Türküstan coğrafiyasının mühüm bölgəsidir. Hər iki ölkə coğrafi baxımdan bir-birini tamamlayır. Bu səbəbdən Azərbaycan və Özbəkistan təbii olaraq nəsil, tarix və coğrafiya baxımından müttəfiqdirlər.Özbəkistan prezidenti Şavkat Mirziyoyevin mətbuata açıqlamasında "Bildirmək istərdim ki, əlbəttə, iqtisadiyyat və siyasət çox önəmlidir. Bununla belə, məncə, bizi birləşdirən əsas amil ortaq sivilizasiyamızdır” deyərək bu məsələnin əhəmiyyətini də vurğulayır.Qarabağ zəfərindən sonra işğal altındakı torpaqlarını azad edən Azərbaycanın bu uğuru Azərbaycanın Türk Dünyası ilə əlaqələrində həm də yeni dövrün başlanmasına səbəb olub. Prezident Əliyevin bəyan etdiyi kimi, Zəngəzur boğazının açılması türk dünyasında coğrafi parçalanmanı aradan qaldıracaq, coğrafi birliyi təmin edəcək. Bu inkişaf həm də yeni anlayışa gətirib çıxarıb".
Ayşən Vəli