PDF Oxu

Siyasət

  • 2 781

Sonda Hərbi Qənimətlər Parkında EKSPONATA ÇEVRİLƏN SİLAHLAR - TƏHLİL

Sonda Hərbi Qənimətlər Parkında EKSPONATA ÇEVRİLƏN SİLAHLAR - TƏHLİL

Ermənistanın manipulyasiyalarının, ermənilərin özlərini məzlum, yazıq göstərməklə etdikləri hiyləgərliklərin nə isə əldə etməyə hesablandığı artıq hər kəsə bəllidir. Sirr də deyil ki, özlərini əzilmiş, ehtiyac içində olan məzlumlar, çarəsizlər kimi göstərən haylar, sözsüz ki, iyanələr, yardımlar almaq, eləcə də bu iyanə və yardımlarla yanaşı silah ələ keçirmək niyyəti ilə əldə-ayaqdan gedirlər. Amma 44 günlük müharibədən və bir sutkadan da az müddətdə başa çatan, erməni silahlılarının təslim olmaları, ərazilərimizi tamamilə tərk etmələri ilə nəticələnən anti-terror əməliyyatından sonra belə haylar dərk etmədilər ki, onların əldə etdikləri və bundan sonra da əldə etmək istədikləri silahlar sonda Bakıda Hərbi Qənimətlər Parkında eksponat kimi qoyulur və nə qədər artıq silah alsalar da onların həmin parkda yerləşdirilməsi üçün kifayət qədər imkanlar, yetərincə yer də var.

Haylar onların olmayan və heç zaman da olmayacaq nədənsə ötrü mücadilə etməklə, axmaqlıq və düşüncəsizlik edilər

Tarix boyu bütün bəşəriyyət qarşısında sızlamaqda, yalandan məzlum sifət almaqda olan ermənilərin özlərini bir növ nisgilli göstərmələri ilə silah almaq, daha doğrusu, silahları pulsuz əldə etmək niyyətləri heç də üst-üstə düşmür. Ehtiyac içində olduqları, iyanələrə ehtiyaclı olduqları göstərilən, əl açdıqları təəssüratı yaradılanlar nəyə görə ərzaq, gündəlik vacib tələbat məhsulları yardımı deyil, silah və silah-sursat başda olmaqla, hər şeyə mübadilə olunan və ümumi ekvivalent rolunu oynayan əmtəəyə, yəni pula daha çox hərislik edirlər? Ona görə ki, hələ də ambisiyaları var və nə intiqam hissləri, nə qəzəbləri sönməyib, nə də qərəzli niyyətlərindən əl çəkməyiblər. Əl çəkməyiblər deyə də, həm Qərbə, həm də dünyanın istənilən ermənipərəst ölkəsinə silah almaq üçün yalvarırlar. Bir tərəfdən Ermənistan hakimiyyəti, hətta şəxsən erməni baş nazir Nikol Paşinyan sülhdən, sülh danışıqlarından dəm vurur, digər tərəfdən də rəsmi İrəvan silah əldə etmək üçün min bir dona, sifətə düşür. Şəxsən Paşinyanın özündən də soruşmaq lazımdır ki, əgər onun özü, hökuməti, ölkəsi sülh istəyirsə, sülh danışıqlarında maraqlıdırsa, nəyə görə silah-sursat almaq həvəsinə və niyyətinə düşüb? Soruşmaq ayıb olmasın, sülh istəyən, sülh yaratmaq istəyən ölkənin silah nəyinə lazımdır axı? Digər tərəfdən də axı erməni cəmiyyəti görmür ki, ölkənin əldə etdiyi silahlar trafey olaraq, Azərbaycan paytaxtında, daha dəqiq desək, ölkəmizin Hərbi Qənimətlər Parkında yerləşməli olur? Görmür və anlamır ki, sonda paytaxtımızdakı parkda qoyulacaq silahlar üçün dəridən-qabıqdan çıxmaq mənasızdır? Hərdən adama elə gəlir ki, nə qədər hiyləgər olsalar belə, həddindən artıq münipulyasiyalar etmələri fonunda, əslində, haylar tamamilə ağılsız və düşüncəsizdirlər. Çünki heç də onların olmayan və heç də onların olmayacaq çox şeydən ötrü mücadilə edir, bütün imkanlarını da əldən verirlər.

İstifadə etmək niyyəti yaransa, silahlar dərhal Hərbi Qənimətlər Parkında yerləşdirilməli olacaq

Ermənistana "Sezar" özüyeriyən silahlardan düz 12 ədəd gətirilib. Müqaisə üçün diqqətə çatdırmaq istərdik ki, məsələn, Rusiya-Ukrayna müharibəsinin əvvəlində Fransa ordusunun balansında cəmi 76 "Sezar" olub. Bundan əlavə, Ermənistan ordusunun sərəncamına onlarla R511 və R530 "hava-hava" tipli raketlər, 30 ERYX tank əleyhinə raketlər, onlarla Almaniya istehsalı olan "Bunkerfaust" DM32 qumbaraatanları, həmçinin 3 tank əleyhinə sistem olan "Panzerfaust" da daxil olub. Bundan başqa, Ermənistan silahlı qüvvələrinə Fransa istehsalı olan 500-ə yaxın birdəfəlik "Apilas" reaktiv yaylım atəşi və 50 ədəd Amerikanın BGM-71 TOW tank əleyhinə raket kompleksləri verilib. Məsələ burasındadır ki, hayların onlardan istifadə etmək niyyəti yaransa, həmin silahlar dərhal Hərbi Qənimətlər Parkında yerləşdirilməli olacaq. Bu, dəfələrlə öz təsdiqini tapmış və isbata ehtiyacı olmayan aksiomdur ki, ermənilərin özlərinin də buna şübhəsi olmamalıdır, əgər zərrə qədər ağılları olsa. Azərbaycan üçün əlbəttə, hayların əldə etdikləri və əldə etmək istədikləri silahların bir mənası var ki, onlar gələcək nəsillərə göstərilməsi və tarixi faktların əyani şəkildə təqdim edilməsi, reallıqların gələcək nəsillər tərəfindən unudulmaması üçün lazımdır və bu baxımdan nə qədər istəyirlərsə silah əldə edə bilərlər. Amma ağılları olsa başa düşərlər ki, bunun onlar üçün heç bir mənası, heç bir əhəmiyyəti ola bilməz və olmayacaq da.

Heç də Azərbaycan ermənilərin ötən əsrin sonlarında gördükləri ölkə deyil artıq və bilməlidirlər ki, daha şərait də şərtlər də fərqlidir. Əgər ötən əsrin sonlarındakı kimi, əməllərinin cəzasız qalacağı qənaətindədirlərsə ki, bərk yanılırlar. Heç ötən əsrin sonlarındakı kimi düşünmələrə haqları da çatmır. Amma dərk etməlidirlər ki, müvafiq qabaqlayıcı tədbirlər görmək hüququnu Azərbaycan özündə saxlayır və bu tədbirlərin Ermənistana çox baha başa gələcəyini də indidən başa düşmək istənilən bir kimsə üçün çətin deyil, yetər ki, həmin kimsə ermənilər qədər axmaq olmasın. Əgər hər kimsə ağılısız ermənilər qədər axmaq olmasa başa düşməlidir ki, Ermənistanın əldə etdiyi hər hansı hücum silahı Azərbaycan silahlı qüvvələri üçün qanuni hədəf sayılır. Başa düşməlidir ki, ermənilər üçün göründüyündən də gözəl görünən R511 və R530 hava-hava raketləri və ya özüyeriyən silahlar bizim üçün qəflətən təhlükə kimi görünə bilər və həmin silahlar yerindəcə məhv ola bilər, daha doğrusu məhv edilər. Ona görə də Ermənistan tərəfi dərk etməli, başa düşməlidir ki, yaxın zamanlarda məhv ediləcək, yaxud da Azərbaycanın paytaxtında, Hərbi Qənimətlər Parkında eksponat kimi yerləşdiriləcək pulsuz da olsa belə əldə edilən silahlara görə hansısa xarici ölkələr qarşısında qətiyyən borclanmağa dəyməz.

Ermənilər başa düşməlidirlər ki, silah əldə edilməsinin zərbəsi onlara silah verənlərə deyil, özlərinə dəyəcək

Heç şübhəsiz ki, hansısa borc müqabilində Ermənistanı silahla təmin edən ölkələr üçün mövcud vəziyyət qətiyyən maraqlı deyil. Onsuz da həmin ölkələr öz silahlarını bu və ya digər formada ermənilərə sırımış olurlar və onlar üçün əvvəla həmin silahların sonda Bakının Hərbi Qənimətlər Parkında yığılması, eksponata çevrilməsi qətiyyən narahatedici deyil. Əksinə, haylara silah verənlər həm həmin silahları dolayısı ilə onlara satmış olurlar, həm də silah verməklə onları qızışdıraraq, bölgədə öz ambisiyalarına xidmət edən qarışıqlıq yaratdıqları qənaətindədirlər deyə buna razıdırlar. Regionumuzda sabitliyin qorunmasında maraqlı olmayan xarici dairələr əlbəttə ki, axmaq bir topluma silah da verə bilərlər, onları tovlada da bilərlər, amma onların bu oyunları ermənilər, bütövlükdə Ermənistanı böyük bəlaya sala bilər. Odur ki, haylar dərindən düşünsələr onların özləri üçün daha xeyirli olar. Kimlərinsə regionda təhriki ilə ortaya atılan, həvəslə silah əldə edilməsinə maraq göstərən ermənilər başa düşməlidirlər ki, bunun zərbəsi onlara silah verənlərə deyil, özlərinə dəyəcək. Bəlkə də Ermənistanda elə hesab edirlər ki, İranın hərbi yardımı, onlara silah göndərilməsi böyük köməkdir. Yaxud da, ola bilsin, elə zənn edirlər ki, Hindistanın, eləcə də Fransanın və onların timsalında hansısa ölkənin Ermənistana silah-sursat göndərməsi böyük bir dəstəkdir. Əgər belə zənn edirlərsə, bərk yanılırlar və başa düşə bilmirlər ki, bu, həmin ölkəni fəlakətə doğru sürükləmək deməkdir, dəstək vermək yox...

Digər xəbərlər