“23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 1 saylı Seçki Məntəqəsi Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbin binasında yerləşir. Məntəqədə növbədənkənar parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 23 saylı Nəsimi-Səbail Dairə Seçki Komissiyasının 1 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Əzizə Abbasova deyib. Onun sözlərinə görə, MnSK-nın üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər.Sədr əlavə edib ki, seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb: “Seçici siyahılarına görə, məntəqə üzrə 1 415 seçici qeydə alınıb və ən yaşlı seçicinin 85 yaşı var. O, xəstə olduğu üçün səsvermə günü evinə seçici qutusu göndəriləcək. İlk dəfə səsvermə hüququndan istifdə edəcək gənclərin sayı isə 7 nəfərdir”.