“Azərbaycan mühüm hadisələrdən birinin astanasındadır - müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkədə, o cümlədən işğaldan azad edilmiş torpaqlarda parlament seçkiləri keçiriləcək. Azərbaycan dövləti çox qısa müddətdə bu ərazilərdə abadlıq işləri görüb, insanlar öz şəhər və kəndlərinə qayıdırlar. İndi isə o torpaqlarda səs verəcəklər”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının (Azİz) vitse-prezidenti, İsraildə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman deyib.“Əziz həmvətənlər, Vətənimizin azadlığı və suverenliyinin bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini ehtiramla yad edərək, sentyabrın 1-də keçiriləcək seçkilərdə fəal olun və düzgün seçim edin. Demokratik, suveren, qalib ölkədə yalnız azad xalq öz müstəqil Vətəninin çiçəklənməsinə töhfə verə bilər”, - deyə Yeganə Salman Azərbaycan vətəndaşlarına müraciət edib.