PDF Oxu

Siyasət

  • 1 873

DSK sədri: “Bütün məntəqələr seçkilərə tam hazır vəziyyətə gətirilib”

DSK sədri: “Bütün məntəqələr seçkilərə tam hazır vəziyyətə gətirilib”

“36 saylı Xətai-Suraxanı seçki dairəsində parlament seçkilərinə hazırlıq prosesi təlimata uyğun həyata keçirilir”.Bu barədə "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 36 saylı Xətai-Suraxanı Dairə Seçki Komissiyasının (DSK) sədri Qarat Qaratov deyib.O bildirib ki, dairə üzrə 36 seçki məntəqəsi var: “Bütün məntəqələr seçkilərə tam hazır vəziyyətə gətirilib. Seçicilərin sayı isə 49 minə yaxındır. Dairə üzrə 7 namizəd qeydiyyatdan keçib. Hazırda namizədlər seçki təşviqatı ilə məşğuldur. Mindən artıq yerli müşahidəçi dairə üzrə seçkiləri müşahidə edəcək”.

Digər xəbərlər