PDF Oxu

Siyasət

  • 2 472

Nərmin Daşdəmirli: “Seçkilər gənc nəslə öz ideyalarını realizə etmək üçün şans verir”

Nərmin Daşdəmirli: “Seçkilər gənc nəslə öz ideyalarını realizə etmək üçün şans verir”

“Milli Məclisə seçkilər xalqın iradəsinin daha dolğun əks olunması baxımından xüsusi önəm kəsb edir. Bu seçkilərin həm də regional səviyyədə əhəmiyyəti vardır. Azərbaycan Cənubi Qafqaz regionunda strateji mövqeyə malik lider dövlətdir. Növbədənkənar seçkilər Azərbaycanın regiondakı təsir gücünü daha da artırmaq, regional sabitliyi təmin etmək baxımından mühüm rol oynayır. Parlament seçkiləri Azərbaycanın həm də demokratik seçki keçirən ölkə kimi imicini yüksəldir. Tətbiq edilən mexanizmlər, şəffaflıq, bərabərlik prinsipi seçkilərin demokratik ab-havada keçirildiyini göstərir”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında “Sosial Məsələlərin Həllinə Kömək” İctimai Birliyinin sədri Nərmin Daşdəmirli deyib.O bildirib ki, müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq parlament seçkiləri ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edildiyi bir şəraitdə keçirilir:“Bu, təkcə Azərbaycan xalqı üçün deyil, həm də bütün region üçün tarixi əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə Azərbaycanın tarixi ədaləti bərpa etməsi ilə yanaşı, xalqımızın milli iradəsini və əzmkarlığını nümayiş etdirdi. Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri isə həmin qələbənin bir davamı kimi, ölkəmizin siyasi səhnəsində yeni bir səhifə açır”.O qeyd edib ki, seçkilərdə gənclərin aktiv iştirakı, həm də onların siyasi proseslərdə öz gələcəyini necə gördüyünə dair bir mesajdır: “Gənclərin innovativ fikirləri, müasir yanaşmaları və dünyagörüşləri Azərbaycanın gələcəyinin daha parlaq olması üçün mühüm əhəmiyyət kəsb edir. Milli Məclisə seçkilər isə gənclərə öz ideyalarını realizə etmək üçün fürsət verir”.

Digər xəbərlər