PDF Oxu

Siyasət

  • 1 965

Mədəniyyətimizin beynəlxalq arenada təbliği – etnoidman TƏHLİL

Mədəniyyətimizin beynəlxalq arenada təbliği – etnoidman TƏHLİL

Dövlət başçısı Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib

İdmanın bugünki inkişaf səviyyəsi Azərbaycan Prezidenti İlham Əliyevin həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi bu sahəyə ayırdığı diqqətin nəticəsidir. İdmanın inkişaf etdirilməsi istiqamətində görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın idman mərkəzlərindən birinə çevrilib və dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş kimi qəbul olunur. Ölkəmizin idman sahəsində əldə etdiyi uğurlar beynəlxalq idman təşkilatları tərəfindən maraqla qarşılanıb və ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilibdir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Bütövlükdə idman sahəsi Azərbaycanda sürətlə inkişaf edibdir və bu gün dünya miqyasında Azərbaycan idman ölkəsi kimi tanınır. Beynəlxalq yarışlarda idmançılarımız yüksək nəticələr göstərirlər. Düzdür, Azərbaycan ictimaiyyəti bizim idman sahəsindəki qələbələrə öyrəşib və əgər biz hansısa nəticəni əldə edə bilmiriksə, əlbəttə ki, məyus olur. Ancaq hamımız bilməliyik ki, idman sahəsində rəqabət kifayət qədər güclüdür və bütövlükdə son illər ərzində idman sahəsində göstərilən nəticələr, əlbəttə, qürurvericidir".

Əgər idman sahəsində uğurlarımıza və idmançılarımızın əldə etdiyi nailiyyətlərə nəzər salsaq görərik ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda kifayət qədər yüksək nəticələr əldə etmişdirlər. İdmançılarımıza ayrılan diqqət, göstərilən etimad cavabsız qalmamışdır.

Son illərdə bütün bölgələrdə idman obyektlərinin tikintisini idmanın inkişafına təsirsiz ötüşməyib. Bu gün ölkəmizin hər bir guşəsində yeni idman mərkəzləri, olimpiya kompleksləri istifadəyə verilib. Beyləqan Olimpiya İdman Kompleksi, Ağcabədi Olimpiya İdman Kompleksi, Lənkəran Olimpiya İdman Kompleksi və digər şəhərlərdə müasir standartlara cavab verən komplekslər var. Eləcə də paytaxtımızda Bakı Olimpiya Stadionu fəaliyyətdədir. Dövlət başçısı bildirib ki, biz bu infrastrukturu, bu kompleksləri o məqsədlə yaratmışıq ki, həm idmanın kütləviliyi artsın, eyni zamanda, peşəkar idmançılar yetişsin.

YAYLAQ MƏDƏNİYYƏTİ VƏ ELAT ƏNƏNƏLƏRİ

Azərbaycan xalqı olduqca zəngin və çoxşaxəli mədəniyyətə malik bir xalqdır. Zəngin şəhərsalma ənənələri ilə yanaşı, onun yüz illərlə, min illərlə formalaşan həyat tərzi və unikal mədəniyyət nümunələri sırasına yaylaq mədəniyyəti və elat ənənələrini də cəsarətlə aid etmək olar. Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə də tədbirlər, yarışlar keçirilir. Azərbaycanın çövkən milli atüstü oyununu dünyada da geniş təbliğ etmək üçün Gədəbəy rayonunda Milli Yaylaq Festivalı yüksək səviyyədə təşkil edilmişdir. Bu, milli idman növlərini dünyada yaymaqla mədəniyyətimizi beynəlxalq arenada tanıtmış oluruq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib. Dünya Etnoidman Konfederasiyasının fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Prezidenti əldə olunmuş uğurlar münasibətilə təbriklərini çatdırıb. Dövlətimizin başçısı ölkəmizin Konfederasiyada fəal təmsil olunduğunu bildirərək, Azərbaycan idmançılarının bu qurumun yarışlarında uğurla iştirak etdiklərini bildirib. Görüşdə ölkələrimiz arasında qardaşlıq, dostluq və strateji müttəfiqlik münasibətlərinin olduğu bir daha qeyd edilib.

Bakıda keçirilmiş "Ənənəvi idmanın dirçəldilməsi" adlı 5-ci Beynəlxalq Etnoidman Forumu xalqımızın ənənəvi idman növlərinə böyük marağının olduğunu bir daha nümayiş etdirdi.

"Milli Yaylaq Festivalı" - xalqımızın kökü min illərə söykənən zəngin yaylaq ənənələrinin və elat mədəniyyətinin yaşadılması və təbliği məqsədilə genişmiqyaslı el şənliyi formatında düşünülüb hazırlanmış orijinal layihədir.. Əzəldən əsasən əhalimizin heyvandarlıqla məşğul olan hissəsinə xas olan bu maraqlı mövsümi köçərilik ənənəsi bütün tarixi Azərbaycanın torpaqlarında geniş yayılmışdır. Bu ənənələrə uyğun olaraq, hər bir bölgənin özünün ənənəvi yaylaq əraziləri formalaşmışdır.

ƏMƏKDAŞLIQ ÜÇÜN ƏLVERİŞLİ PLATFORMA

"Milli Yaylaq Festivalı" - bu zəngin yaylaq ənənələrinin və unikal elat mədəniyyətinin yaşadılması, tanıdılması və təbliği məqsədilə hazırlanmış layihədir. "Milli Yaylaq Festivalı" həm də geniş coğrafi məkanda yaşayan türksoylu xalqların ortaq tarixi ənənələrinin və mədəniyyətlərinin qarşılıqlı tanıdılması və bu istiqamətdə xalqlararası mədəni-etnoqrafik, elmi-praktiki əməkdaşlıq üçün uğurlu və əlverişli platformadır.

Festivalın əsas hədəfləri dayanıqlı turizm məkanı olan orijinal etnoqəsəbə yaratmaqla, ölkədə müasir turizm sektoruna yenilik və unikallıq bəxş etmək, eyni zamanda hər il ənənəvi şəkildə “Milli Yaylaq Festivalı”nı təşkil etməklə, ölkəmizin turizm cazibədarlığının artırılmasına və beynəlxalq aləmdə tanıdılmasına töhfə verməkdir.

Bildiyimiz kimi, etnoidman növlərinin və oyunlarının dünya miqyasında tanınmasında, kütləviliyinin artırılmasında xidmətlərinə, ənənəvi idman növlərinin inkişafı üçün göstərdiyi liderliyə, fədakar yanaşmasına, idmana və idmançıya daim fəal dəstəyinə görə Dünya Etnoidman Konfederasiyasının Ənənəvi İdman Mükafatları çərçivəsində "Liderlik Mükafatı" Prezident İlham Əliyevə təqdim edilmişdir.

Azərbaycanın irimiqyaslı tədbirlərə ev sahibliyi ilə bağlı zəngin təcrübəsi var. Azərbaycan Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, Formula 1 yarışları, dünya və Avropa çempionatları, digər nüfuzlu turnirlər keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının proqramına ənənəvi idman növümüz olan zorxana da daxil edilmişdi və bu yarış uğurla keçirildi. Azərbaycanın milli idman növü olan çövkən atüstü oyunu üzrə bir sıra yarışlar, o cümlədən beynəlxalq turnirlər təşkil edilir. V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulu da ölkəmizin bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki, dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman oyununun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması böyük uğurlarımızdandır.

Forum, etnoidmanın türkdilli dövlətlər və xalqlar arasında da qardaşlıq əlaqələrinin inkişafına mühüm töhfə kimi dəyərləndirildi. Belə bir tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rola malikdir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər