ABŞ-dan Ermənistana birbaşa silah tədarükü ilə bağlı faktlar göstərir ki, bəzi dünya dövlətləri Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Sual yaranır: əgər onların əsl məqsədi regionda sabitliyi pozmaq idisə, ABŞ nə üçün Vaşinqtonda Azərbaycan-Ermənistan dialoqunu bu qədər səylə təşkil etdi? Bəlkə bu sadəcə diqqəti yayındırmaq idi?
Caliber.Az-ın məlumatını təkzib etməyə tələsən ABŞ-ın Azərbaycandakı səfirliyinin reaksiyası daha da şübhə doğurur. Lakin səfirlik Amerikanın Bakıdakı diplomatik departamentinin bir açıqlamasının kifayət edəcəyinə ümid edərək heç bir sübut təqdim etməyib.
ABŞ rəsmilərinin Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarənin enməsi faktını israrla təkzib etməsi şübhələri gücləndirir. Bu onu deməyə əsas verir ki, ABŞ Cənubi Qafqazda məqsədli şəkildə siyasi oyun oynayır.
Bəs ABŞ Ermənistanı silahlandırmaqla nəyə nail olmağa çalışır və Vaşinqton niyə bunu etiraf etməkdən belə qorxur? Bu sualla bağlı əcnəbi politoloqlar Caliber.Az-a öz fikrilərini bildiriblər. Ekspertlərin şərhini oxucularımıza təqdim edirik.
Rusiyalı hərbi ekspert Aleksey Xlopotovun fikrincə, Ermənistana hərbi yüklə enən Amerika nəqliyyat təyyarələri çox keçidli missiyanı yerinə yetirir. Bu baxımdan hərbi ekspert hadisələrlə bağlı öz versiyasını irəli sürür.

“Bu, həm Rusiyaya və onun təsirinə zərbədir, həm Azərbaycanın ambisiyalarının qarşısını almaqdır, həm də İsrail və İran arasında mövcud qarşıdurma ilə bağlı ola bilər. Bu son məqamda belə görünür ki, ABŞ Ermənistana verilən eyni radarlardan istifadə edərək İranın fəaliyyətini ölkə daxilindən izləməyə tələsir, ABŞ-ın NATO üzrə tərəfdaşı Türkiyə isə İranın fəaliyyətini öz ərazilərindən izləmək imkanını inkar edir. İrəvan yaranmış vəziyyətdən istifadə etmək qərarına gəlib və ABŞ-dan Ermənistan ordusunun ehtiyacları üçün müxtəlif hərbi yüklərin tədarükü şəklində pul tələb edib. Vaşinqton bu sövdələşməyə razılaşdı, çünki öz problemlərini həll etməlidir.
ABŞ-ın rəsmi strukturları, o cümlədən Amerikanın Azərbaycandakı səfiri niyə Bakıdan yayınır və birbaşa sualları cavablandırmır? Çünki, görünür, hərbi yük birbaşa dövlət daxilində dövlət olan Pentaqondan gəlib, yük, necə deyərlər, “boz” rəngdədir, rəsmi kanallarla təsdiqlənməyib, Konqresdə və Dövlət Departamentində təsdiqini almayıb və amerikalılar təcili olaraq İranın hərəkətlərini izləmək kimi strateji vəzifələrini həll etməlidirlər, Vaşinqtonun isə belə prosedurlara sadəcə vaxtı yox idi. Yəqin ki, ABŞ səfirinin Amerika hərbi təyyarələrinin hava limanına getməsi faktını belə kəskin şəkildə inkar etməsi buna görədir.
Bu və ya digər şəkildə Amerikanın Ermənistana göndərdiyi hərbi yük, təbii ki, Cənubi Qafqazda qüvvələr balansına təsir etməyəcək- Azərbaycan ordusu, təbii ki, qlobal üstünlüyə malikdir və döyüş meydanında düşməni məğlub edəcək gücdədir, lakin belə bir oyun ABŞ Bakı ilə Vaşinqton arasında münasibətlərə təsir edəcək”,- A.Xlopotov əmindir.
Belaruslu hərbi ekspert, sərhəd qoşunlarının veteranı, ehtiyatda olan polkovnik Leonid Spatkay şübhə etmir ki, ABŞ Ermənistanı silahla təmin edir və çox güman ki, bundan sonra da verəcək.

“Özünüz mühakimə edin- ABŞ hərbi-sənaye kompleksinin fəaliyyəti pik həddədir, silahları hardasa satmaq lazımdır. Düzdür, mən düşünmürəm ki, ABŞ Ermənistanı ən son silah texnologiyaları ilə təmin etməyə çalışacaq, əksinə. Köhnə silahları hardasa satmaq lazımdır. Görünən budur ki, Ermənistana gedəcək.
Siyasi əxlaq baxımından ABŞ konkret öhdəliyi olmayan ölkədir, əgər konkret tələblər varsa və bu tələblər ödənilirsə. Amma reallıqda burada tələb faktoru var- Ermənistanın yenidən silahlanmaya ehtiyacı var, bu məsələ indi ermənilər üçün strateji məsələdir, Ermənistanın müdafiə büdcəsinin xərcləri təsirli şəkildə artıb. Tamamilə aydındır ki, xaricdəki erməni diasporu hazırda İrəvana maliyyə məsələlərində fəal kömək edir. Deməli, İrəvan açıq-aydın silahların pulunu ödəməyə hazırdır, ABŞ isə onları tədarük etməyə hazırdır. Üstəlik, bu, ABŞ-ın Cənubi Qafqaz regionunda gərginlik yaratmaq planlarına tam uyğundur– bu, həm Rusiya üçün təsir edici “sancaq”, həm də İrəvana, onun Qərb təsirinə keçidində son mühüm təsir faktorudur.
Bununla belə, mən düşünmürəm ki, ABŞ-ın Ermənistana birbaşa silah tədarükü kritik səviyyəyə çata bilər, onların NATO üzrə tərəfdaşı olan Türkiyə ilə aralarında açıq qəzəb yaradacaqları ehtimalı azdır. ABŞ belə rezonansdan çəkinir- bu, ABŞ-ın bunu etiraf etmək istəməməsi faktını izah edir. Ciddi öldürücü silahlara gəlincə, Birləşmiş Ştatlar çox güman ki, bu missiyanı öz peyk dövlətlərinin çiyinlərinə keçirəcək. Əslində, Fransa və Hindistandan Ermənistana silah tədarükü artıq həyata keçirilir və bunlar ABŞ-ın ən yaxın müttəfiqləridir”,- L.Spatkai izah edib.
Rusiyalı politoloq və təhlükəsizlik eksperti Aleksandr Ryabtsovun fikrincə, ABŞ Cənubi Qafqazda sülhü pozmaqda açıq şəkildə qərarlıdır. Və Vaşinqtonun bir çox hərəkətləri bunu təsdiqləyir.

“ABŞ-ı Cənubi Qafqazda qeyri-sabitlikdə maraqlı olan əsas aktor adlandırmaq olar. Burada mübahisə məsələsi qismən də Çindir, buna görə də Pekin ilə əməkdaşlıqda maraqlı olan və İpək Yolu marşrutunu canlandırmaq məqsədi daşıyan “Bir kəmər, bir yol” kimi təşəbbüslərdə iştirak etməyə hazır olan hər kəsi ABŞ avtomatik olaraq rəqiblərinin düşərgəsi aid edir.
Orta dəhlizin inkişafı məsələsində Pekin və Mərkəzi Asiya dövlətləri ilə fəal əməkdaşlıq etmək niyyətində olan Azərbaycan Cənubi Qafqazda güclü müstəqil siyasəti ilə və bir sıra digər səbəblərə görə ABŞ üçün ciddi problemdir. Axı Bakı regionda ABŞ-dan öndə idi, onun Cənubi Qafqaza nüfuz etməsinə və nüfuzunu yaymasına imkan vermədi, uzun illərdir ki, müstəqil çoxvektorlu siyasət yürüdür və Paşinyan 2018-ci ildə etdiyi kimi etmir- ABŞ-ın peyklərinin cərgəsinə qəti şəkildə qoşulmaq istəmir. Ona görə də bir neçə onilliklər ərzində ilk məqsədinə- Cənubi Qafqaza nəzarəti ələ keçirməyə nail ola bilməyən Vaşinqton onu sabitliyi pozmağa başlamaq qərarına gəlib.
Bu vəzifə xüsusilə indi, 2020-ci ildən sonra Azərbaycanın güclü regional lider mövqeyindən çıxış edərək Cənubi Qafqaz ölkələrinin konsolidasiyası siyasətini həyata keçirməyə başladığı zaman aktualdır. Bütün bunlar ABŞ-ın Çini zəiflətmək üçün Qərbin Hindistan və digər region ölkələri ilə əməkdaşlığını gücləndirmək üzrə qlobal strategiyasına ziddir. Deməli, ABŞ çox danışa və bəyan edə bilər, amma reallıqda Ermənistanı silahlandırmağa hazırdır– Vaşinqton heç də Azərbaycannın güclü lider olmasında maraqlı deyil.
Görünən odur ki, Vaşinqton Azərbaycanın silah tədarükünə reaksiyasından çəkinir, ona görə də ABŞ nümayəndələri ya yalan danışırlar, ya da susurlar. Bu, yeri gəlmişkən, Azərbaycanın regionda və onun hüdudlarından kənarda nüfuzunun nə qədər böyük olduğunu bir daha sübut edir- Bakı qətiyyətlə onların maskalarını çıxarır və ABŞ-a qarşı çox sərt ritorikaya hazırdır. Dünyanın heç də hər ölkəsi öz xarici siyasətini bu qədər inamlı və qorxmaz şəkildə apara bilmir.
Nəhayət, mən şübhə etmirəm ki, ABŞ-ın Cənubi Qafqazdakı vəziyyəti pozmaq üçün göstərdiyi bütün səylər iflasa gətirib çıxaracaq: kobud manipulyasiya, sərt təzyiq, aldatma, ikili standartlardan istifadə heç vaxt uzunmüddətli uğur gətirməyib, bunları həyata keçirmək üçün müttəfiqləri daha azdır- bölgədə yalnız Ermənistandır. Qonşu Gürcüstanın timsalında biz Vaşinqtonun bu cür strategiyalarının nəyə gətirib çıxardığını müşahidə edə bilərik– yalnız “böyük qardaş”ın rədd edilməsinə,- Ryabtsov yekunlaşdırıb.
Tərcümə - ELçin Bayramlı