“119 saylı Ağdam Seçki Dairəsinin 16 saylı Seçki Məntəqəsi Alıbəyli kənd tam orta məktəbində yerləşir. Məntəqədə növbədənkənar parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 16 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Cahid Əliyev deyib.Onun sözlərinə görə, MnSK-nın üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər.Sədr əlavə edib ki, seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb: “Seçici siyahılarına görə, məntəqə üzrə 1 225 seçici qeydə alınıb və ən yaşlı iki seçicinin 85 yaşı var. İlk dəfə səsvermə hüququndan istifdə edəcək gənclərin sayı isə 20 nəfərdir. Məntəqə, həmçinin lazımi texniki vasitələrlə təmin edilib”.
...yeni zavodların açılışlarında iştirak edib - YENİLƏNİB