“Sentyabrın 1-də keçiriləcək parlament seçkiləri ölkəmizin gələcək inkişafı baxımından mühüm hadisədir. Bu seçkilər yenilənən Azərbaycanda həyatın bütün sahələrinə təsir edir, o cümlədən, mədəniyyət və incəsənət sahəsinə. İnsanlar seçki prosesinə fəal şəkildə qoşulmala özlərinin ictimai-siyasi fəallıqlarını artırırlar. Digər tərəfdən isə ölkəmizi yeni müstəviyə daşıyan qanunlar qəbul edəcək parlament formalaşdırırlar. İnanırıq ki, yeni formalaşacaq parlament mədəniyyətimizin, incəsənətimizin inkişafına yönəlmiş yeni qanunlar qəbul edəcək”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında bəstəkar Sevda Rəhimova deyib.“Yeni parlamentin formalaşması ilə biz, milli musiqi irsimizin qorunması və inkişafı üçün daha da geniş imkanların yaradılacağına ümid edirik. Azərbaycan musiqisinin dünya arenasında layiqli yer tutması üçün seçilən deputatların mədəniyyət sahəsində səmərəli fəaliyyət göstərəcəklərinə inanıram", - deyə Sevda Rəhimova fikrini tamamlayıb.