“32 saylı Suraxanı üçüncü Seçki Dairəsində parlament seçkilərinə hazırlıq prosesi MSK-nın Təqvim Planına uyğun qaydada davam edir”.Bu barədə "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 32 saylı Suraxanı üçüncü Dairə Seçki Komissiyasının (DSK) sədri Firudin Mirzəyev deyib.O bildirib ki, dairə üzrə 39 seçki məntəqəsi mövcuddur: “1 seçki məntəqəsi müvəqqəti fəaliyyət göstərəcək. Bütün məntəqələrdə vətəndaşların rahat şəkildə səs verməsi üçün zəruri şərati yaradılıb. Seçicilərin sayı isə 50 mindən artıqdır”.F.Mirzəyev bildirib ki, dairə üzrə 7 namizəd qeydə alınıb: “Namizədlər seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Onlar seçicilərlə görüş qapalı və açıq məkanlarla təmin edilib. 1200-dən artıq yerli müşahidəçi qeydiyyatdan keçib”.