PDF Oxu

Siyasət

  • 1 393

Livanlı jurnalistin şok faktları - Fransa haqqında - ŞTRİX

Livanlı jurnalistin şok faktları - Fransa haqqında - ŞTRİX

Bu ölkə nəinki Avropaya, hətta dünyaya təhlükə saçır

Fransanın kolonializm siyasəti haqqında yəqin ki, çoxları məlumatlıdır və son zamanlar bu barədə daha çox danışılır. Bu dəfə livanlı jurnalist Mərvə Osmanın qeydləri xüsusi diqqət çəkib. Fransa kolonializminin görünməyən tərəflərini ifşa edən jurnalist yazıb ki, fransızların kolonial siyasətləri 21-ci əsrdə də davam edir - lap 18, 19, 20-ci əsrlərdə olduğu kimi...

Hətta o yazır ki, Fransa nəinki mövcud koloniyalarını, eyni zamanda keçmiş koloniyalarını öz kirli niyyətləri ilə qarət edir. Bəs hansı ölkələrdən hansı resurslar Parisin təhdidedici iqtisadi büdcəsini təmin edir? Beləliklə...

Say-hesab:

Qvineya: Fransa bu ölkənin qızıl ehtiyatlarını mənimsəyir.

Konqo: Fransız mebellərinin ağacları bu Afrika ölkəsinin meşələrini, yəni florasını məhv edir.

Afrikanın insanları belə, Fransa üçün istifadələrdədir - özü də ucuz qiymətə! Misal üçün afrikalılar fransızların idman yarışlarında faktiki olaraq qul kimi, yaxud çox aşağı qiymətə satın alınır və Fransa dünya çempionatında medal sayını artırır.

Qabon : yanacaq və sürtkü yağları bu ölkənin hesabınadır.

Niger: Bu ölkənin uran ehtiyatları Fransanın elektrik təhcizini təmin edir.

Konqo: Fransanın istehsal etdiyi telefon və s. əlaqələndirmə cihazları Afrika ölkəsinin kobaltı hesabına təmin olunur.

Kot-d İvurar (yaxud Fil dişi sahilləri) Fransanın məşhur şokoladları bu ölkədən çox ucuz qiymətə kakaonun müsadirəsi nəticəsində təmin edilir.

Mavritaniya: Fransanın Reno və s. brend avtomonilləri üçün dəmir məhz bu ölkədən qoparılır.

Livan nefti: bu ölkənin yanacağı və sürtkü yağları Fransanın digər ölkələrdəki kolonial siyasətini tənzim edir.

Zimbabve: Ölkənin faunası demək olar ki, yox edilir - məşhur milyardçı fransız moda şirkətlərinin daha çox gəlir əldə etməsi hesabına.

Məgər bu reallıqlar Parisin tarixlər boyu sərgilədiyi işğalçı niyyətlərinin faktiki sübutu deyilmi? Fransa bu kirli niyyətləri ilə başqa ölkələri öz qanadı altında bəsləməyibmi? Məsələn, Ermənistanı. Həqiqətə qalanda, bu ölkə bir çox terror təşkilatlarının beşiyi olub və bu gün də özünün kolonial siyasəti ilə nəinki Avropaya, bütövlükdə dünyaya təhlükə saçır.

Afət Tahirqızı

Digər xəbərlər