"Çox xoşbəxtəm ki, seçici kimi ilk səsvermə hüququmdan məhz 1 sentyabrda Azərbaycanın bütün suveren ərazilərində keçiriləcək ilk parlament seçkilərində istifadə edəcəyəm. Bu, xüsusi bir qürur, xüsusi bir ovqat yaradır".Bu fikirləri "Seçki 2024"Müstəqil Media Mərkəzinə açıqlamasında ilk dəfə səs verəcək Lalə Həsənova deyib.Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatda olan gənc seçici vurğulayıb ki, seçkilərdə iştirak etmək, vətəndaşlıq borcunu yerinə yetirmək, eyni zamanda vətəndaş kimi seçki hüququndan istifadə etmək bütün seçicilər, xüsusilə gənclər üçün çox əhəmiyyətlidir. "Fikrimcə, gənclərin seçkilərdə iştirak etməsi ölkənin inkişafı üçün ən vacib elementlərdəndir. Bütün gənclərimiz seçki prosesində aktiv olmalıdırlar. Mən hər bir gənc olaraq, həmyaşıdlarımı seçki günü məntəqələrə gəlməyə və öz səsvermə hüququndan istifadə etməyə çağırıram".L.Həsənova əlavə edib ki, gənclərmedia subyektlərində seçki ilə bağlı yayılan maarifləndirici təlimatları izləməli, səsvermə prosesi, seçki hüququ ilə bağlı məlumatlı olmalıdırlar. Maarifləndirici materiallarla tanış olmalıdırlar: "Yaşadığım ərazidə yerləşən məntəqə seçki komissiyasının seçici siyahısına əlavə olunmuşam. Böyük sevinc hissi ilə seçki gününü gözləyirəm".