"119 saylı Ağdam Dairə Seçki Komissiyasının 12 saylı Seçki Məntəqəsi Ağdam rayonunun Xındırıstan kənd musiqi məktəbində yerləşir. Seçki məntəqəsinin hüdudları Sarıçoban və Kəlbahüseynli kəndlərini, eləcə də Kalbahüseyli Daş evləri adlanan ərazini əhatə edir".Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 12 saylı Seçki Məntəqəsinin sədri Aybəniz Cəfərova deyib.O bildirib ki, MnSK üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər. "Maarıfləndirici materiallar lazımi yerlərə asılıb. Bildirişlər seçicilərə paylanılıb. Proses MSK-nın Təqvim Planına əsasən aparılıb", - deyə A.Cəfərova vurğulayıb.MnSK sədri VII çağırış Milli Məclisə seçkilərin torpaqlarımızın işğaldan azad edilməsindən sonra ilk parlament seçkisi olduğunu bildirərək, seçicilərin yüksək əhval-ruhiyyə ilə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.Seçki Məntəqəsi sədri onu da deyib ki, seçki məntəqəsi səsvermə gününə tam hazırdır.Qeyd edək ki, 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 12 saylı Seçki Məntəqəsi üzrə 1370 seçici qeydiyyatdadır.