Laçında yerləşən 107 saylı məntəqənin sədri: “Seçkilər üçün bütün lazımi şərait yaradılıb”
“121 saylı Laçın Seçki Dairəsinin 107 saylı Seçki Məntəqəsi “Zerti” Sənaye Kompleksinin binasında yerləşir. Məntəqədə növbədənkənar parlament seçkilərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə keçirilməsi üçün bütün lazımi şərait yaradılıb”.Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 121 saylı Laçın Dairə Seçki Komissiyasının 107 saylı Məntəqə Seçki Komissiyasının (MnSK) sədri Atamoğlan Quliyev deyib. Onun sözlərinə görə, MnSK-nın üzvləri aşağı seçki komissiyaları üçün təşkil edilən treninqlərdə iştirak ediblər.Sədr əlavə edib ki, seçicilərə səsvermənin tarixi, vaxtı və yeri barədə bildirişlər paylanılıb: “Məntəqə lazımi texniki vasitələrlə təmin edilib. Seçici siyahılarına görə, məntəqə üzrə 100 seçici qeydə alınıb və ən yaşlı seçicinin 78 yaşı var”.