PDF Oxu

Siyasət

  • 2 564

119 saylı Ağdam Seçki Dairəsinin 13 saylı məntəqəsində seçicilərin sayı 1280 nəfərdir

119 saylı Ağdam Seçki Dairəsinin 13 saylı məntəqəsində seçicilərin sayı 1280 nəfərdir

"119 saylı Ağdam Seçki Dairəsinin 13 saylı seçki məntəqəsi Üçoğlan icra nümayəndəliyinin inzibati ərazisində olan Baharlı, Orta Qışlaq və Səfərli kəndlərini əhatə edir. Seçki məntəqəsi Səfərli kənd tam orta məktəbinin binasında yerləşir".Bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 119 saylı Ağdam Dairə Seçki Komissiyasının 13 saylı seçki məntəqəsinin sədri Rafil Hətəmov deyib.O bildirib ki, seçki məntəqəsi səsverməyə tam hazırdır: "Səsvermə kabinələri tam hazırdır. Eləcə də, komissiya üzvlərinin və müşahidəçilərin səsvermə günü öz vəzifələrini rahat və şəffaf həyata keçirmələri üçün şərait formalaşdırılıb. Artıq bildirişlər paylanılıb. MnSK üzvləri üçün DSK-da treninqlər keçirilib. Onlara seçki qanunvericiliyi ilə verilən hüquqlar, məsul olduqları vəzifələr bir daha geniş şəkildə izah olunub. Seçki dairəsi üzrə 1280 seçici qeydiyyatdadır. Ən yaşlı seçicimiz 87 yaşlı Əliyev Telman Əli oğludur. İki seçicimiz isə ilk dəfə səs verəcək".

Digər xəbərlər