Siyasət

  • 1 007

Müharibə iştirakçısı olmuş jurnalist: “Azərbaycan Milli Məclisə seçkiləri sabit, təhlükəsiz, demokratik şəraitdə keçirir”

image

“Azərbaycanda keçiriləcək parlament seçkiləri regional və qlobal münaqişələrin şiddətləndiyi zamana təsadüf edir. Azərbaycan dövləti isə ölkəmizin həm ətrafında, həm də daxilində təhlükəsizlik şəraiti yarada bilib. Seçkilər sabit, demokratik bir şəraitdə keçirilir və beynəlxalq təmsilçilikdə ölkəmizin mövqelərini gücləndirir”Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə saytına açıqlamasında İkinci Qarabağ müharibəsi veteranı, jurnalist Aqşin Kərimov deyib.O vurğulayıb ki, bu ilin fevralında Azərbaycanda Prezident seçkiləri uğurla keçirildi. Ardınca isə parlament seçkiləri baş tutur: “Bu, o deməkdir ki, Azərbaycan dövləti hakimiyyətin icraedici və qanunverici qanadını təkmilləşdirir. Milli Məclisin tərkibindəki dəyişikliklər beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini daha yaxşı müdafiə etmək imkanları yaradır”.A.Kərimov qeyd edib ki, müstəqil Azərbaycanın tarixində ərazi bütövlüyü çərçivəsində ilk parlament seçkiləri keçirilir: “Milli Məclis artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarında məskunlaşan vətəndaşlarımızın da səsi olacaq. Qarabağ və Şərqi Zəngəzur bölgələrindən təmsil edəcək deputatların seçicilərlə iş prinsipində yeniliklər gözlənilir”.

Digər xəbərlər