Siyasət

  • 1 077

“Ermənistan bölgədə sülh istəyən ölkələrdən sürətlə uzaqlaşır“ - ŞƏRH OLUNDU

image

“Bu gün Ermənistanın sülhə hazırlığından danışmaq mümkünsüzdür. Ermənistan sülhə hazır deyil, hətta müharibəyə hazırlıq ərəfəsindədir. İstənilən halda isə nə sülhə, nə də müharibəyə hazır vəziyyətdədir”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib. O bildirib ki, Ermənistan sülh sazişi imzalamaq istəmir: “Çünki sülh sazişinin imzalanması Ermənistanın on illər boyu əsas götürdüyü hakim ideologiyanın tam şəkildə kənara qoyulması deməkdir. Buna da Ermənistan cəmiyyəti nə xalq səviyyəsində, nə də dövlət səviyyəsində hazırdır. Buna görə də Ermənistan indiki şəraitdə sülh sazişinin imzalanmasına hazır olmadığından bu prosesi mümkün olduqca uzatmağa çalışır və fürsətdən istifadə edərək də bu müddət ərzində ciddi şəkildə müharibəyə hazırlıq görür.Ermənistan xarici ölkələrin dəstəyi ilə ciddi şəkildə silahlandırılır. Artıq Fransa, Amerika və digər Qərb ölkələrinin müharibə hazırlığını aşkar sübut edən silah və hərbi texnikası Ermənistanda yerləşdirilir. Ermənistan bu bölgədə sülh istəyən ölkələrdən sürətlə uzaqlaşır. Regionda hərbi əməliyyatların yeni bir səhifəsini açmaq istəyən beynəlxalq qüvvələr ilə yaxınlıq edir. Buna görə də Ermənistanın sülhə hazır olmaması bir problem, yeni mərhələdə müharibəyə hazırlaşması isə ikinci böyük problemdir. Çox təəssüflər olsun ki, bölgədə sülh istəyən qüvvələr, o cümlədən də Azərbaycan sözügedən iki təhlükə ilə üz-üzədir. Bunların hər ikisi bütövlükdə bölgə üçün çox təhlükəlidir”.

Müəllif: Səbinə Hüseynli

Digər xəbərlər