Siyasət

  • 1 789

"Qarşıdakı müddətdə ölkəmizə yüz minlərlə turist axını olacaq" - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Prezident İlham Əliyev və Birinci Vitse prezident Mehriban Əliyevanın ölkəmizdə sahibkarlıq və turizmin inkişafına da xüsusi diqqət yetirmələrinin şahidiyik. Bir neçə gün öncə onlar “Sea Breeze”in açılış mərasimində iştirak etdilər. Bu, cənab Prezidentin və Birinci xanımın sahibkarlara, ölkəmizə investisiya qoyuluşuna, müasir turizm infrastrukturunun qurulması prosesinə verdikləri mənəvi dəstək kimi başa düşülməlidir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Məmmədli deyib.Elşad Məmmədli sözlərinə belə davam edib: "Bilirsiniz ki, Azərbaycanın prioritetlərindən biri də turizm ölkəsinə çevrilməkdir. Bu istiqamətdə dövlət rəhbərinin bir çox sərəncamları və tövsiyələri var. Məlumdur ki, son aylarda Çin, İsrail, Cənubi Koreya, ərəb ölkələri ilə turist mübadiləsinə dair anlaşmalar imzalanıb. Bu, o deməkdir ki, qarşıdakı müddətdə ölkəmizə yüz minlərlə turist axını olacaq.Habelə, COP 29 ərəfəsində 70 mindən çox xarici ölkə vətəndaşı Azərbaycana gələcək. Bu səbəbdən müasir turizm komplekslərinin yaradılması çox mühümdür. Bundan da mühümü isə bu yöndə çalışan sahibkarlara dəstək verməkdir ki, Prezident bu yöndə də daim diqqətlidir".

Ayşən Vəli

Digər xəbərlər