Siyasət

  • 1 326

“Boykot”çuların təxribatları özlərinin ifşası ilə nəticələndi ANALİZ

image

Bu gün üzlərdə sevinc, qəlblərdə fərəh var. İnsanlar 30 ildən sonra ilk dəfə ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanda növbəti seçkilərin iştirakçısı olacaqlar. Bu məqsədlə hər bir ölkə vətəndaşı sentyabrın 1-də baş tutacaq parlament seçkilərinə özünün töhfəsini verməyə çalışır. Seçki ilə bağlı keçirilən tədbirlərdə insanların fəallıq göstərməsi, müxtəlif suallarla MSK-ya müraciətlər ünvanlamaları bir daha cəmiyyətin öz taleyinə diqqət ayırdığını göstərir. Düzdür, elə bir şəxslər və qüvvələr var ki, onlar seçkilərdə təxribat yolu tutur, müxtəlif çirkin vasitələrlə ictimai rəyin seçki bayram əhval-ruhiyyəsinə kölgə salmağa çalışırlar. Bu da ondan irəli gəlir ki, onlar xaricdəki anti-Azərbaycan dairələrindən tapşırıqlar alırlar. Məhz tapşırıqların nəticəsidir ki, ciddi əsaslara söykənən dəlil-sübutlarla Avropanın və ABŞ-ın qaranlıq dairələrinin müəyyən qruplarının təsiri altında olan Mili Şura və AXCP parlament seçkilərini “boykot” etmək kimi absurd qərar qəbul ediblər. İstəkləri nəticə verməsə də, hər halda uğursuz və “Siyasi partiyalar haqqında qanunun” müddəalarına ziddir. Çünki hər bir siyasi partiyanın gücü, imkanı və sosial bazası seçkidən-seçkiyə bəlli olur. Seçkidə iştirak etməmək qanunvericiliyə qarşı hörmətsizlikdir, üzvlərinə sayğısızlıqdır. AXCP o partiyadır ki, 1998-ci ildən bu günə qədər Azərbaycanda keçirilən hər hansı bir seçkidə iştirak etməyib. Sual yaranır, niyə? Partiya nəyə görə yaradılıb, kollegial orqanlar nədən formalaşıb, o partiyaya insanlar niyə üzv olublar? Əgər seçkilərdə, eləcə də ölkənin ictimai-siyasi həyatında iştirak etmirsənsə, o siyasi partiyanı bağla və insanların digər partiyalara keçməsinə şərait yaratmaq daha məqsədəuyğun olardı. Düzdür, Əli Kərimli, Cəmil Həsənli vacib hesab olunan amilləri etməkdən çəkinsələr də, sıravi üzvlər lazımsız partiyaya çevrilən AXCP-ni tərk edərək başqa partiyalara, o cümlədən də xalqın partiyası olan Yeni Azərbaycan Partiyasına üz tuturlar.

Seçkinin tək qalibi Yeni Azərbaycan Partiyası olacaq

Fakt ondan ibarətdir ki, Cənubi Qafqazın ən güclü lider partiyası olan Yeni Azərbaycan Partiyası insanların inam və etimad bəslədi mərkəz hesab olunur. Çünki YAP xalqın maraq və mənafeyni ifadə edir, sözdə deyil, əməli fəaliyyəti ilə dövlətimizin inkişafına, xalqın sosial-rifah halının yaxşılaşmasına töhfələr verir. YAP parlament seçkilərinin keçirilməsi vaxtı elan edildikdən dərhal sonra sürətlə seçki hazırlıqlarına başladı. Hələ iyulun 3-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilmiş və iclasda sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar partiyanın Tədbirlər Planı təsdiq edilmişdir. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının yaradılıb və onun tərkibi təsdiq edilib, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslər təyin edilib. Bütün bu kimi yüksək səviyyəli hazırlıqlar onu deməyə əsas verir ki, 1 sentyabr parlament seçkilərinin qalibi yenə də Yeni Azərbaycan Partiyası olacaq. Başqa cür düşünməkdə yanlışlıq və sadəlövhlük olardı. Çünki Azərbaycan xalqı Ulu Öndərimiz Heydər Əliyevin qurucusu və hazırda Prezidentimiz İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasının ideoloji siyasi xəttini birmənalı şəkildə dəstəkləyir. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasını bu zamana qədər qatıldığı bütün seçkilərdə dəstəkləyib. Bu baxımdan da 1993-cü ildən bu günə qədər keçirilən bütün seçkilərin qalibi Yeni Azərbaycan Partiyası olub. Əldə olunan qələbələr xalqın Yeni Azərbaycan Partiyasına inamını göstərən başlıca amillərdəndir. Yeni Azərbaycan Partiyasının qurucusu, ölkəmizin xilaskarı Ulu Öndərimiz Heydər Əliyevin siyasi irsi bugünkü uğurlarımızın əsasını təşkil edir.

Dağıdıcı müxaliflər nə qədər çox xarici maraqlı dairələrin sifarişlərinin qulu olacaqlarsa, o qədər xalqın nifrətini qazanmış olacaqlar

Yarandığı gündən YAP-ın Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub. Bu siyasət Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etməkdədir. Bu gün Yeni Azərbaycan Partiyası Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ən güclü siyasi qüvvəsi statusunu daşıyır. YAP-ın sıralarında təmsil olunan 750 min nəfərə yaxın insan böyük güc olaraq Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevin ətrafında sıx birləşməklə böyük qələbələrə, nailiyyətlərə imza atır. Əldə olunan, qazanılan qələbələr davamlı oacaq. Çünki Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu yalnız və yalnız tərəqqi əldə olunsun, inkişafa nail olunsun siyasəti Azərbaycan dövləti və xalqı var olduqca dəyişməz olaraq qalacaq. Ona görə də birmənalı şəkildə qeyd etmək olar ki, heç bir mübahisələr və diskussiyalar yaratmadan parlament seçkilərinin qalibi Yeni Azərbaycan Partiyası olacaq. Ona görə də, dağıdıcı müxalifətin və onların təmsilçilərinin qərəzli fikirlər yayıb, hay-küy qaldırmaları mənasız cəfəngiyyatdan başqa bir şey deyil. Həm də bu kimi boşboğazlıqlar özlərini bir qədər də cəmiyyətin gözündən salmış olurlar. Məsəl var deyərlər, “sirkə nə qədər tünd olsa öz qabını çatladar”. Dağıdıcı müxaliflər nə qədər çox xarici maraqlı dairələrin sifarişlərinin qulu olacaqlarsa, o qədər xalqın nifrətini qazanmış olacaqlar. On görə də səhvlərdən nəticə çıxarmaq növbəti seçkilər üçün gərəkli olar. Əgər siyasət dəyişməsə və xarici maraqlı dairələrə trolluq etmək fəaliyyəti davam edəcəksə, dağıdıcı müxalifətin cəmiyyətin cüzi də olsa dəstəyini qazanması mümkün olmayacaq. Yəni məğlubiyyətlər onları daim izləyəcək.

İLHAM ƏLİYEV

Digər xəbərlər