Siyasət

  • 645

Etibarlı münasibətlərin göstəricisi ŞƏRH

image

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu baxımdan Özbəkistanla əlaqələr mühüm əhəmiyyət kəsb edir. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir.

Cənab Prezident İlham Əliyev cari ilin 23 avqust tarixində Özbəkistanda rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda ölkənin ən böyük uğurlarından hesab edilən “Böyük Qayıdış” proqramı barədə məlumat verdi və qeyd etdi ki, bu proqram kifayət qədər genişmiqyaslıdır.Ölkələrimiz arasında münbit investisiya mühiti var. Özbək investorları üçün Azərbaycanda işləmək, sərmayə qoymaq əlverişli və faydalı olacaq. Sözsüz ki, biznes layihələri informasiya dəstəyi tələb edən sahədir. Azərbaycanda Özbəkistanda baş verənlərlə bağlı və hansı böyük layihələrin reallaşdığı, biznes üçün necə imkanların olması barədə daha çox informasiya olmalıdır.Özbəkistan ilk ölkədir ki, Prezidentin təşəbbüsü ilə bizə mənəvi dəstək olmaqla yanaşı, həm də azad olunmuş ərazilərin bərpasında kömək edib. Bir il əvvəl, avqustun 23-də biz Füzulidə Mirzə Uluqbəy adına 960 şagird üçün nəzərdə tutulan və münasibətlərimizin rəmzi olan, özbək qardaşlarımızın gözəl münasibətlərinin simvoluna çevrilən, həmçinin Şavkat Miromonoviçin Özbəkistanda həyata keçirdiyi standartlara uyğun məktəbin açılışı oldu. Bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq oldular. Bu, çox mühüm xarici siyasət addımıdır və gələcək illərdə bizim münasibətlərimizi, həmçinin bir çox hallarda regional siyasəti müəyyən edəcək.

Möhtərəm prezidentimiz İlham Əliyev öz çıxışında Azərbaycanın suverenliyinin tam təmin olunmasını bir daha dünyaya bəyan edərək: “Təxminən 30 il ərzində bizim üçün bir nömrəli məsələ işğal olunmuş ərazilərin azad olunması idi. Azərbaycan xalqının tarixi nailiyyəti ərazi bütövlüyünün bərpası və sonra ötən ilin sentyabrında suverenliyin tam təmin edilməsidir”, - demiş və “Böyük Qayıdış” proqramının kifayət qədər genişmiqyaslı olmasını vurğulayaraq bu istiqamətdə görülən və görüləçək işlərdən də danışmışdır.

Kəklik İbrahimova,

Gədəbəy rayon Düzyurd kənd tam orta məktəbinin direktoru - fəal gənc

Digər xəbərlər