"Ümumilikdə seçki günü üçün 6478 seçki məntəqəsi yaradılıb". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, bu seçki məntəqələrinin 135-i müvəqqəti fəaliyyət göstərir: "Müvəqqəti fəaliyyət göstərənlər səsverməyə 5 gün qalmış yaradılıb. Bunlar hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində yaradılıb. Digər məntəqələrdən heç bir fərqi yoxdur. Hamısının müşahidə aparmaq hüquqi var. 135 məntəqənin daxili qanunları var. Onlar gözlənilməlidir. Əks halda ciddi şəkildə ölçü götürülməlidir.
Digər məntəqələrdə seçki məcəlləsindən kənar müdaxilə ola bilməz. Azərbaycan çox az ölkələrdəndir ki, komissiyasının fəaliyyəti üçün yeni binalar tikilib.
1000 məntəqədə veb-kamera quraşdırılacaq. Bu təcrübə də Azərbaycan təcrübəsi statusu qazanıb. Bu üsul çox maliyyə tələb edən prosesdir".