"Səsvermənin gedişini müşahidə etmək üçün də müşahidəçilərə geniş şərait yaradılıb". SİA xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
Onun sözlərinə görə, 112749 yerli müşahidəçi seçkilərdə iştirak edəcək: "Ümumilikdə 26 partiyanın 25-i iştirak edir. 990 namizəddən 305-i digər partiyaların siyahılarında olan namizədlərdir. Ümumilikdə 676 namizədin siyasi mənsubiyyəti var. Hər dairəyə 7-dən artıq namizəd düşür".
M.Pənahov qeyd edib ki, ilk dəfə səs verən, 18 yaşı tamam olmuş 374 nəfər seçici var: "Ən yaşlı seçici qadının134 yaşı, ən yaşlı kişi seçicinin isə 109 yaşı var".
O bildirib ki, hər məntəqəyə 10 müşahidəçi düşür: "719 nəfər vəkil edilmiş şəxsdir. 598 nəfər xarici müşahidəçidir".