Siyasət

  • 1 160

MSK sədri Məzahir Pənahovun mətbuat konfransı keçirilib - YENİLƏNİB

image

Bu gün, 31 avqust tarixində Milli Məclisə seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, mətbuat konfransında Məzahir Pənahov, Mikayıl Rəhimov, Arifə Muxtarova, Şahin Əsədli, Rövzət Qasımov, mətbuat nümayəndələri iştirak ediblər. Məzahir Pənahov jurnalistlərin suallarını cavablandırıb.

Məzahir Pənahov bildirib ki, ümumilikdə seçkilərdə 6478 seçki məntəqəsi yaradılıb: "Onlardan 135-i müvəqqəti fəaliyyət göstərir. Müvəqqəti fəaliyyət göstərənlər səsverməyə 5 gün qalmış hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində yaradılıb. Digər məntəqələrdən heç bir fərqi yoxdur. Hamısının müşahidə aparmaq hüquqi var. 135 məntəqənin daxili qanunları var. Onlar gözlənilməlidir. Əks halda ciddi şəkildə ölçü götürülməlidir.

Digər məntəqələrdə seçki məcəlləsindən kənar müdaxilə ola bilməz. Azərbaycan çox az ölkələrdəndir ki, komissiyasının fəaliyyəti üçün yeni binalar tikilib".

Onun sözlərinə görə, səsvermənin gedişini müşahidə etmək üçün də müşahidəçilərə geniş şərait yaradılıb: "112749 yerli müşahidəçi var. 26 partiyanın 25-i iştirak edir. 990 namizəddən 305-i digər partiyaların siyahılarında olan namizədlərdir. Ümumilikdə 676 namizədin siyasi mənsubiyyəti var. Hər dairəyə 7-dən artıq namizəd düşür.

18 yaşı tamam olmuş ilk dəfə səs verən seçicilərin sayı 374 nəfərdir. Ən yaşlı seçici qadının 134 yaşı, ən yaşlı kişi seçicinin isə 109 yaşı var.

719 nəfər vəkil edilmiş şəxsdir. 598 nəfər xarici müşahidəçidir. 1000 məntəqədə veb-kamera quraşdırılacaq. Bu təcrübə də Azərbaycan təcrübəsi statusu qazanıb. Bu üsul çox maliyyə tələb edən prosesdir.

Qarabağ bölgəsində 54 məntəqə hazırdır. Hər məntəqəyə 10 müşahidəçi düşür. Qarabağda 42 mindən artıq seçici səs verəcək. Səsvermə hüququ olan bütün Azərbaycan vətəndaşları üçün şərait yaratmışıq. Bunun milliyyətə aidiyyəti yoxdur. Hamı üçün, Xankəndidə yaşayan ermənilərə də bu hüquq aiddir".

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sonda jurnalistlərə seçki günündə fəal olmağı, seçki ilə bağlı bütün məsələlərin doğru-düzgün çatdırılacağına inandığını bildirib və uğurlar arzu edib.

Digər xəbərlər