Siyasət

  • 1 135

Qarabağda və Şərqi Zəngəzurda yerləşən seçki məntəqələri səsverməyə hazırdır

image

Sabah – sentyabrın 1-də Azərbaycanda VII çağırış Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Bununla bağlı seçki dairələrində və məntəqələrində son hazırlıq işləri görülür.

118 saylı Ağdam – Şuşa, 119 saylı Ağdam, 120 saylı Cəbrayıl-Qubadlı, 121 saylı Laçın, 122 saylı Xankəndi, 123 saylı Kəlbəcər, 124 saylı Şuşa-Ağdam-Xocavənd 125 saylı Zəngilan-Qubadlı seçki dairələri ərazisində yerləşən seçki məntəqələri səsvermə prosesinə tam hazırdır. SİA "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, dairələrin ərazilərində yerləşən bütün seçki məntəqələrində bildirişlər seçicilərə paylanılıb. Səsvermə kabinələri seçicilərin rahat səs verməsi üçün hazırlanıb. Eləcə də, komissiya üzvlərinin və müşahidəçilərin səsvermə prosesi zamanı öz vəzifələrini rahat və şəffaf həyata keçirmələri üçün şərait formalaşdırılıb.

Digər xəbərlər