Siyasət

  • 1 180

Parlament seçkiləri Azərbaycanın inkişaf tarixində xüsusi bir mərhələ təşkil edir - Mərkəz sədri

image

"Vətən müharibəsindən sonra parlament seçkilərinin ölkəmiz üçün xüsusi önəmi var. İlk dəfədir ki, parlament seçkiləri işğaldan azad edilən torpaqlarımızı da əhatə edir. Bu önəmli siyasi prosesdə fəallığımızı ortaya qoymalıyıq". SİA xəbər verir ki, bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Güney Azərbaycan Kültür Mərkəzinin sədri Cemal Mehmetxanoğlu bildirib.

O vurğulayıb ki, Azərbaycan Vətən müharibəsində qazandığı böyük qələbə ilə öz torpaqlarını işğaldan azad edib, tarix yazıb və regionda yeni reallıqlar yaradıb: "Bu qələbə həm də dövlətçiliyimizin möhkəmlənməsi və inkişaf yolunda yeni imkanların açılması üçün böyük stimul olub".

Digər xəbərlər