Siyasət

  • 862

Milli Məclisə seçkilər 30 ildə ilk dəfədir Azərbaycanın bütün ərazisində keçirilir - Türkiyə və ŞKTC mediası

image

Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı media orqanları Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkiləri geniş işıqlandırır. SİA xəbər verir ki, telekanalların reportajlarında və məqalələrdə yeddinci çağırış Milli Məclisə seçkilərin Azərbaycanın gələcəyində böyük əhəmiyyəti vurğulanır.

Qardaş ölkələrin kütləvi informasiya vasitələri diqqəti hazırkı seçkilərin fərqli xüsusiyyət daşıdığına çəkir. Qeyd olunur ki, parlament seçkiləri 30 ildə ilk dəfədir Azərbaycanın bütün suveren ərazisində təşkil olunur. Həmçinin vurğulanır ki, respublikanın erməni işğalından azad olunmuş ərazilərində, o cümlədən Şuşa və Xankəndində 42 mindən çox seçici səs verir.

Media orqanlarının materiallarında seçki məntəqələrinin və seçicilərin sayı barədə də məlumat verilir.

Digər xəbərlər