Siyasət

  • 776

Hadrutda seçki prosesini 14 yerli müşahidəçi izləyir - FOTOLAR

image

İşğaldan azad olunmuş ərazilərdəki digər seçki məntəqələrdə olduğu kimi, 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 92 saylı seçki məntəqəsində də səs vermə üçün lazımi şərait yaradılıb. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məntəqə seçki komissiyasının sədri Raqil Əlizadə AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, saat 07:50-də seçki məntəqəsi müşahidəçilərin iştirakı ilə açılıb və seçki qutuları kilidlənib, 08:00-da səsvermənin başlanması elan edilib. Məntəqə üzrə qeydə alınan seçicilər səhər saatlarından etibarən seçki məntəqəsinə gəlir, öz konstitusion hüquqlarından istifadə edirlər. Hər bir seçicidə ruh yüksəkliyi müşahidə edilir. Seçki prosesini 14 yerli müşahidəçi izləyir.

124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsi üzrə 46 və 47 saylı məntəqələr Şuşa şəhərində, 92 saylı məntəqə Xocavənd rayonu Hadrut qəsəbəsində, 93 saylı məntəqə Xocavənd rayonu Böyük Tağlar kəndində təşkil edilib.

Qeyd edək ki, ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində Milli Məclisə seçkilər keçirilir. Növbədənkənar seçkilər 6478 seçki məntəqəsində təşkil olunur. Onlardan 6343-ü daimi, 135-i isə müvəqqətidir.

Budəfəki seçkilərdə 125 yer uğrunda 990 namizəd mübarizə aparır. Namizədliyi qeydə alınan 305 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.

Parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaş səsvermə hüququndan istifadə edə biləcək. İşğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Seçki günü 18 yaşı tamam olan seçicilərin sayı 374, Milli Məclisə seçkilərdə səsvermədə ilk dəfə iştirak edəcək seçicilərin sayı isə 51 min 141 nəfərdir.

Seçkiləri izləmək üçün 51 beynəlxalq qurum və 69 ölkədən olmaqla, 598 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. Yerli müşahidəçi kimi isə 112 min 749 nəfər qeydə alınıb.

Ölkə ərazisində 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səhər 08:00-da başlayan səsvermə saat 19:00-da başa çatacaq.

Digər xəbərlər