Siyasət

  • 804

Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsində 516 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək - FOTOLAR

image

87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi 69 məntəqəni əhatə edir. Dairə üzrə səsvermə hüququ olan 50211 seçici ölkəmizin həyatında mühüm hadisə olan növbədənkənar parlament seçkilərində öz seçimlərini edir. SİA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, dairə seçki komissiyasının sədri Xəyyam Nəzərov bildirib ki, səsvermənin təlimata uyğun keçirilməsi, hər kəsin öz fikrini sərbəst, demokratik şəraitdə ifadə etməsi, istədikləri namizədə səsverməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqəyə gəlməyə imkanı olmayan seçicilər üçün səyyar qutular ayrılıb. 516 nəfər ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Dairə üzrə yaşı 80-100 arası olan 927 nəfər, yaşı 100-dən çox olan 3 nəfər var.

Səhər saat 08:00-dan başlayaraq insanlar məntəqələrə gəlir, səsvermə prosesində fəal iştirak edirlər.

Basqal qəsəbəsində 49 saylı seçki məntəqəsində də böyük qələbəlik var. Qəsəbə sakini Ələsgər Şirinov AZƏRTAC-a müsahibəsində məntəqədə səsvermənin azad, şəffaf keçməsi üçün təşkil edilən şəraitdən razılığını bildirərək, ölkəmizdə demokratik seçki sisteminin yaradıldığını deyib. O, səsvermədə iştirak edərək, istədiyi namizədə səs verib.

Qeyd edək ki, bütün məntəqələrdə səsvermənin gedişi yerli və xarici müşahidəçilər tərəfindən izlənilir.

Digər xəbərlər