Siyasət

  • 835

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar

image

Azərbaycanın növbədənkənar parlament seçkiləri ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 1 saylı Bakı İstintaq Təcridxanasında məhkumların səsvermə prosesi keçirilir. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səsvermə Sabunçu rayonu 29 saylı seçki dairəsinin 38, 39, 40 saylı seçki məntəqələri üzrə aparılır.

41 saylı seçki məntəqəsinin sədri Eldar Mahmudov qeyd edib ki, məntəqə üzrə 545 məhkum qeydiyyatdadır, 205 nəfər səs verib.

Ombudsman Aparatının əməkdaşları cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ombudsman Səbinə Əliyeva deyib.

O bildirib ki, Ombudsman Aparatının əməkdaşları Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müstəqil şəkildə öz təşəbbüsləri ilə müşahidə edirlər: "Əməkdaşlarımız həm Bakı şəhərində, həm regionlarda, həmçinin azad olunan ərazilərdə, hərbi hissələrdə, cəzaçəkmə müəssisələrində monitorinq və müşahidə aparırlar. Hazırda biz cəzaçəkmə müəssisəsində məhkumların seçki hüququnun təmin olunmasını müşahidə edirik. Müşahidənin nəticələri haqqında ictimaiyyətə geniş məlumat veriləcək".

Qeyd edək ki, məhkum və həbs olunmuş şəxslər penitensiar müəssisələrdə 13 dairəni əhatə edən 26 seçki məntəqəsində azad və sərbəst şəkildə səs verirlər.

Digər xəbərlər