Siyasət

  • 1 878

77 saylı Lənkəran şəhər seçki dairəsində səsverməni 754 müşahidəçi izləyir

image

Lənkəran sakinləri yüksək vətəndaşlıq mövqeyi nümayiş etdirərək, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə fəallıq göstərirlər. SİA "Seçki 2024" Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, şəhər sakinləri səhər saat 08:00-dan etibarən mütəşəkkil şəkildə məntəqələrə gəlir, istədikləri namizədə səs verirlər.

77 saylı Lənkəran şəhər seçki dairəsinin dairə seçki komissiyasının sədri İqbal Rəcəbov bildirib ki, 41 məntəqə üzrə 47 min 815 seçici qeydə alınıb. Məntəqələrdə səsvermənin Seçki Məcəlləsinə uyğun, azad və demokratik keçirilməsi üçün lazımi şərait yaradılıb, 10 məntəqədə "exit-poll" təşkil olunub.

Səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilərin nəzarəti ilə seçki qanunlarına uyğun, heç bir pozuntuya yol verilmədən davam edir. Hazırda səsvermənin gedişini 754 nəfər yerli müşahidəçi izləyir.

Digər xəbərlər