Siyasət

  • 362

Azərbaycanda demokratik parlament seçkiləri ŞƏRH

image

Ölkəmizdə demokratik prinsiplərin tam təzahür tapması seçki prosesində də açıq şəkildə müşahidə olunmaqdadır. Bu baxımdan da, bu günə qədər cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilib. Sentyabrın 1-də Azərbaycan daha bir tarixi hadisəyə şahidlik etdi. Azərbaycan suverenliyini tam bərpa etdikdən sonra ölkəmizdə ilk parlament seçkiləri keçirilir. Suveren Azərbaycan ərazilərində, bütöv Azərbaycanda sentyabrın 1-də səhər saat 8:00-da ölkəmizin bütün suveren ərazisində növbədənkənar parlament seçkilərinə start verildi. Bütün ölkə üzrə olduğu kimi, Suraxanı rayonunda da dairə və məntəqələr seçkiləri sentyabrın 1-i səhər saat 8-dən seçki qanuna uyğun olaraq seçicilərin üzünə açıldı. Hər bir məntəqədə vətəndaşların sərbəst şəkildə səsvermə hüququndan yararlanması və səs verməsi üçün münbit şərait yaradılmışdır.

Suraxanı rayon ərazisində də yerli və xarici müşahidəçilərin müşayiəti altında parlament seçkiləri azad və demokratik şəkildə keçirilir. Şəffaf şəraitdə keçirilən parlament seçkilərində bir daha aydın oldu ki, Azərbaycan dövlətində siyasi sistem mahiyyət etibarı ilə təkmilləşdirilib. Cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilir. Son illərdə ölkəmizdə bütün dünya miqyasında nümunəvi sayılan və mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Seçkilər demokratiyanın atributlarından biridir və hər bir vətəndaşın seçki hüququndan istifadə edir.

31 SAYLI SURAXANI İKİNCİ SEÇKİ DAİRƏSİNİN 11 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

MƏNTƏQƏNİN SƏDRİ SÜSƏN ALLAHVERDİYEVA:

- Bizim məntəqənin 1292 seçicisi var. Seçicilər haqqa-ədalətə və demokratiyaya səs vermək məqsədi ilə fəallıq göstərirlər. Seçkilər normal, şəffaf və ədalətli şəkildə keçirilir. Seçkiləri siyasi partiyaların müşahidəçiləri, həmçinin, yerli və bitərəf müşahidəçilər də izləyirlər. Seçicilərin bu məntəqədə aktivliyi diqqətdən yayınmır. Ümumilikdə, proses normal və şəffaf gedir. Seçicilər öz seçimlərində müstəqildirlər və mən deyərdim ki, bu gün baş tutan seçki olduqca demokratik prinsiplərə əsaslanır və seçicilərin vətəndaş olaraq seçimində yüksək fəallıq etməsi müstəqil Azərbaycanın seçicilərinin azad seçim hüququnu təsdiqləyən bir faktordur. Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq qanunvericiliyə əsasən, bütün prosesləri ardıcıllıqla qoruyaraq, öz seçki bülletenlərini məntəqələrdə qoyulmuş qutulara atırlar.

31 SAYLI SURAXANI İKİNCİ SEÇKİ DAİRƏSİNİN 7 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

MƏNTƏQƏ SƏDRİ TƏRANƏ MƏMMƏDOVA:

- Məntəqəmizdə 1345 nəfər seçici var. Seçkilərin gedişatını çox yüksək qiymətləndirirəm. Hər şey Seçki Məcəlləsinə uyğun olaraq keçirilir. Bu gün Azərbaycanın siyasi mühitində elə bir şərait yaranıb ki, insanların siyasi mədəniyyəti yüksəlib. Heç bir qanun pozuntusu ilə rastlaşmamışam. İnanırıq ki, seçkilərin sonuna qədər bu hal müşahidə olunacaq. Azərbaycanda beynəlxalq seçki normaları yüksək səviyyədə tətbiq olunub. Seçki məntəqəsində mexanizm düzgün qurulub, seçkilərə tam demokratik şərait yaradılıb.

MƏNTƏQƏNİN KOMİSSİYA ÜZVÜ BİNYAMİN SÜLEYMANOV:

- Seçicilər Azərbaycanın tərəqqisi naminə belə fəallıq edirlər. Hər kəs bilir ki, onun səsi seçkilərdə önəmlidir. Bütün proseslər tam nəzarətdə saxlanılır. Bu dəfə də parlament seçkiləri müstəqil Azərbaycanın bizə verdiyi dəyərlərə istinadən yüksək bir səviyyədə təşkil olunmuşdur. Seçicilər istirahət günü və isti hava şəraitinin olmasına baxmayaraq, axın-axın səsvermə məntəqələrinə gələrək, böyük fəallıq nümayiş etdirirlər. Seçicilər çox intizamlı bir şəkildə səsvermədə iştirak edirlər.

"QARABAĞ ƏLİLLƏRİ VETERANLARININ ŞƏHİD AİLƏLƏRİ" İCTİMAİ BİRLİYİN MÜŞAHİDƏÇİSİ ARİF NAMAZOV:

- Səhər məntəqə açılan vaxtdan məntəqədəyəm. Hələ ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. Kiminsə müdaxiləsi olmadan seçicilər seçimlərində azad münasibət göstərmək imkanındadırlar. Seçkilər normal keçir. Hər şey hələ ki, qaneedicidir. Heç bir iradım yoxdur. Ölkəmizin inkişafı parlament seçkilərinin də şəffaf keçirilməsinə müsbət təsir göstərir. Hüquqi bir dövlət olan ölkəmizdə keçirilən parlament seçkilərində hər şey qanun çərçivəsindədir.

31 SAYLI SURAXANI İKİNCİ SEÇKİ DAİRƏSİNİN 6 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

MƏNTƏQƏ SƏDRİ KƏRƏM MEHDİYEV:

- İlk olaraq deyim ki, dövlət tərəfindən seçkilərə olan yüksək diqqət, demokratik seçki keçirilməsi ilə bağlı səylər, bütün seçki kampaniyalarında olduğu kimi, bugünki seçki günündə də özünü göstərməkdədir. Məntəqəmizdə münbit şərait mövcuddur. Məntəqəmizdə 1191 seçici var və onlar üçün yaradılan şəraitdən tam yaralanırlar. Seçicilər Seçki Məcəlləsində nəzərdə tutulmuş müvafiq qanunvericiliyə əsasən, bütün prosesləri ardıcıllıqla qoruyaraq, öz seçki bülletenlərini məntəqələrdə qoyulmuş qutulara atırlar.

MÜSTƏQİL MÜŞAHİDƏÇİ HACIYEVA NAZİLƏ:

- Məntəqədə səsvermənin başladığı vaxtdan prosesi müşahidə edirəm. Seçicilərin bu məntəqədə aktivliyi var. Ümumilikdə, proses normal və şəffaf gedir. Hansısa müdaxilədən söhbət gedə bilməz. Günün yarısının keçməsinə baxmayaraq, heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçicilər bu günə qədər seçkilərdəki təcrübələrindən yararlanaraq, öz rəylərini müstəqil ifadə etməkdən çəkinmirlər.

31 SAYLI SURAXANI İKİNCİ SEÇKİ DAİRƏSİNİN 15 SAYLI SEÇKİ MƏNTƏQƏSİ

MƏNTƏQƏ SƏDRİ ARİFƏ MƏHƏRRƏMOVA:

- Seçicilər böyük uğurlara, azadlığa, sülhə, gələcəyimizə səs verməkdə prinsipiallıq nümayiş etdirilər. 1420 nəfər seçicimiz var. Bu məntəqədə onlar üçün tam şərait yaradılmış və hər bir seçici bütövlükdə nəzarət altındadır. Bütöv Azərbaycanda keçirilən seçkilərdə seçicilər Azərbaycanın daha uğurlu gələcəyinə, tərəqqisinə səs verməkdə olduqca böyük fəallıq nümayiş etdirirlər.

Seçicilər bu günə qədər seçki təcrübələrindən yararlanaraq, öz səslərini müstəqil ifadə etməkdən çəkinmirlər.

YAP MÜŞAHİDƏÇİSİ HƏMAYİL HƏSƏNOVA:

- Səhərdən biz müşahidəçi qismində seçki prosesini izləyirik. Hələ ki, heç bir qanun pozuntusu qeydə alınmayıb. Müxtəlif təşkilat və qrumları təmsil edən müşahidəçilərin, məşvərətçilərin təmsilçiliyi ilə keçirilən seçkilərdə obyektivlik özünü göstərir. Məntəqədə hər bir seçici bütövlükdə nəzarət altındadır. Məntəqədə demokratik ab-havada keçirilən seçki prosesi vətəndaşların böyük fəallığı ilə sezilir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər