PDF Oxu

Siyasət

  • 2 274

Şəhid Elşən Müslümovun doğum günündə məzarı ziyarət olunub

Şəhid Elşən Müslümovun doğum günündə məzarı ziyarət olunub

İkinci Fəxri xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi çavuş Müslümov Elşən Habil oğlunun doğum günü münasibətilə məzarı ziyarət olunub.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev,Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı Ülvi Quliyev, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri Fərhad Qaraşov, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətininəməkdaşları, Yasamal rayonu hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Müslümov Elşən Habil oğlu şəhadətindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü” “Suqovuşanın azad olunmasına görə” medalları ilətəltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Digər xəbərlər